Azərbaycanlı oliqarx Lacivərdi sahillərdəki villasını satır

0
658
 

AST şirkətlər qrupunun əsasını qoyan və Moskvadakı Çerkizovk bazarının keçmiş sahibi, hazırda çoxsaylı kreditorlar tərəfindən küncə sıxışdırılan Telman İsmayılov Fransanın Lacivərdi sahillərindəki dəbdəbəli villasını satır.

Azərbaycanlı oliqarx villanın satılması üçün “Small Island Capital Group” rieltor şirkəti ilə ilkin müqavilə bağlayıb. Villanın satış qiyməti hazırda 25 milyon avro qiymətləndirilir. T.İsmayılov villanın satışından əldə edəcəyi vəsaiti “Vneştorqbank” (VTB) qarşısındakı borc öhdəliklərinin yerinə yetirilməsinə yönəltmək niyyətindədir və bu barədə müvafiq sənədi banka təqdim edib.

Sahəsi 349 kvadratmetr olan villa Lacivərdi sahillərin Antibe səmtində (Alp dağlarının dənizə bitişik hissəsində) yerləşir. Hazırda villa “Deutsche Bank”ın İsveçrə ofisinin ipoteka girovluğundadır.

Məlumata görə hazırda İsmayılov kreditorları inandırmağa çalışır ki, onun müflis elan edilməsinə nail olmasınlar. Çünki T.İsmayılov müflis elan edilməsə həmin villanı 2.4 dəfə baha-60 milyon avroya satmaq mümkündür. Biznesmenin rieltor şirkəti ilə bağladığı müqaviləyə əsasən villanın pulu 2020-2022-ci illər ərzində üç dəfəyə ödəniləcək. Lakin İsmayılov müflis elan edilsə villanı həmin qiymətə satmaq mümkün olmayacaq. Ona görə də oliqarx bankı inandırmağa çalışır ki, villanın “borcların restruktizasiyası” planı çərçivəsində satılması həm “Deutsche Bank”ın borcunu ödəməyə imkan verəcək, həm qalan pulu VTB-yə ödəmək mümkün olacaq. Hazırda T.İsmayılova qarşı irəli sürülmüş borc tələblərinin ümumi məbləği 3 milyard dollara yaxındır.

Lakin VTB-nin Telman İsmayılov tərəfindən təqdim olunmuş “borcların restruktizasiyası” planını rədd etdiyi məlum olub. Bu haqda bankın nümayəndəsi məhkəmədə bildirib. Bank planı “mənasız” və “baş aldatmaq cəhdi” adlandırır.

Hansı ki, plana görə Telman İsmayılov 2017-ci ilin yanvarından etibarən AST şirkətlər qrupunun “ana şirkəti” olan “Grup AST-89G” AC-nin vitse-prezidentidir. Onun aylıq maaşı 250 min rubldur. T.İsmayılov habelə “Olimpius İnşaat Turizkim” adlı Türiyə şirkəti ilə bağladığı agent müqaviləsini də banka təqdim edib. Orada deyilir ki, bu keçmiş milyarder “Mardan Palace” otelinə xidmət verən həmin şirkətdə agent kimi işləyib ayda nə qədərsə maaş alacaq və guya həmin maaş hesabına borclarını “yavaş-yavaş” ödəyəcək…

Virtualaz.org

BIR CAVAB BURAXIN