Azərbaycanlı Olimpiya çempionuna 3 otaqlı ev verildi

0
696

Qazaxıstan yığmasının heyətində olimpiya çempionu olan azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimova paytaxt Astanada 3 otaqlı mənzil verilib.

 

Mənzilin açarlarını N.Rəhimova təntənəli mərasimdə Atırau vilayətinin akimi Nurlan Noqayev təqdim edib.

 

23 yaşlı ağırlıqqaldıran Qazaxıstan sakinlərinin dəstəyini, məsafənin uzaqlığına rəğmən, hiss etdiyini söyləyib: “Bilirdim ki, mənə bütün ölkə azarkeşlik edir. Bu, mənə kömək edirdi. Hamınıza minnətdaram. Mavi bayrağımız altında çıxış etmək və onu olimpiadada ucaltmaq mənim üçün böyük şərəfdir. Mən çox şadam”.

 

Valideynləri isə N.Rəhimovun qələbəsini bütün Qazaxıstanın nailiyyəti adlandırıblar.

 

Qeyd edək ki, Nicat Rəhimov Qazaxıstan yığmasına 2015-ci ildə qəbul olunub. O, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 77 kq çəki dərəcəsində qızıl medal qazanıb. N.Rəhimov təkanla qaldırmada 214 kq ağırlığın öhdəsindən gələrək, dünya rekordu müəyyənləşib.

Publika.az

BIR CAVAB BURAXIN