Azərbaycanlı müğənni nəvəsini evdən çıxardır: “Mənə dəxli yoxdur”

0
636


Sonuncu dəfə “Maşın” realiti şousu ilə gündəmə gələn müğənni Cavad Rəcəbov gəlinini və nəvəsini yaşadığı evdən çölə atır.

Bu barədə primetime.az saytına müğənninin keçmiş gəlini məlumat verib. Bu yaxınlarda “Maşın” şousunda iştirakçı qismində yarışan müğənni evdən çıxmaq üçün onlara iki gün vaxt verib: “Əslində bu barədə danışmağa hər zaman utanmışam və çəkinmişəm. Lakin baş verənlər məni o qədər üzüb ki, danışmaya bilməzdim. Buna səbəb yarışmada keçmiş qayınatamın işlətdiyi sözlər oldu. Cavad Rəcəbov şouda “Maşını qazanıb, kimsəsizlər evində yaşayan uşaqlara verəcəm” demişdi. Eyni zamanda səs istəyən vaxt ailəsindən də söhbət açan qayınatam “4 nəvəm var” demişdi. Halbuki oğlumla birgə 5 nəvəsi var. Qayınatam qızının 4 uşağını nəvə hesab etdi, ancaq adını daşıyan kiçik Cavad Rəcəbovu saymadı. Övladımın 10 yaşı var, hər şeyi görür və fikir edir. Həmin gecə babasının onu saymadığını görüb o qədər ağladı ki, ürəyim ağrıdı. O, deyir ki, “Maşını udsam, yetimlər evinə verəcəm”, ancaq öz nəvəsini evsiz qoymaq istəyir”.

Məlumat üçün bildirək ki, ifaçının oğlu Cavid Rəcəbov 2005-ci ildə Lənkəran şəhər sakini Günel Axundova ilə rəsmi nikaha girib. İki il sonra onların oğul övladı dünyaya gəlib və C.Rəcəbov nəvəsinə öz adını verib. 2015-ci ildə Cavid və Günel cütlüyü müğənninin təkidi ilə boşanıb. Baş verən haqsızlıqlara dözməyən ifaçının eks-gəlini fikirlərini belə davam etdirib: “Biz evli olan vaxt qayınatam Cavidin beynini o qədər doldurdu ki, həyat yoldaşım evi tərk etdi. Övladına qarşı soyumağa başladı. Elə həddə çatmışdı ki, Cavid yanımda olarkən belə, atasından bunu gizlədirdi. Bir müddət sonra ailəsindən soyuyan həyat yoldaşım başqasını sevməyə başladı və məndən boşandı. C.Rəcəbov məhkəmədə özünü işsiz göstərərək oğluna 108 manat aliment kəsdirdi. İndi isə gəlin getdiyim, oğlumun doğulduğu və 12 ildir yaşadığım ev eks-qayınatamın adına olduğu üçün məhkəmə yolu ilə bizi buradan çıxarır. Evimiz Zığ yolunda, köhnə doqquz mərtəbədə təmirsiz mənzildir. Oğlum məktəbini bitirənə qədər atasından və babasından vaxt istəyib. O isə “Mənə dəxli yoxdur” deyə cavab verib”.

Günel mənzil almaq üçün dövlət ipotekasından yararlanmağa çalışdığını bildirib: “Evli olarkən birgə aldığımız dollarla olan kreditlər 7 aydır ödənmədiyindən bu istəyim baş tutmadı. Təsəvvür edin, 108 manat alimentlə bizi küçəyə atır, üstəlik kreditləri də ödəmir”.

G.Rəcəbova 10 yaşlı oğlu ilə hara gedəcəyini bilmədiyini sözlərinə əlavə edib: “Hər şeyi o qədər gözəl qurublar ki, keçmiş həyat yoldaşımın adına heç nə yoxdur. Hətta avtomobili belə, öz adına deyil. İcra məmuru məktəbi bitirməsinə qədər vaxt vermədiklərini bildirdi. 6 iyun tarixində evdən çıxmalıyıq. Getməyə isə yerimiz yoxdur. Bu qədər haqsızlığa dözmək çox çətindir”.

BIR CAVAB BURAXIN