Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərində yük lifti 12 metrlik yüksəklikdən yerə çırpılıb. Bildirildiyinə görə, liftdə olan 6 fəhlədən bəziləri Azərbaycan vətəndaşları olub.
Virtualaz.org “Vesti”yə istinadən xəbər verir ki, ağır xəsarət alanlar fəhlələr xəstəxanaya çatdırılıb. Fəhlələr liftlə metal lövhələri daşıyırmışlar. 47 yaşlı Familin onurğa sütunu sınıb. Faciədə o, özünü günahlandırır – texniki təhlükəsizlik qaydalarını pozub.
Qeyd olunur ki, lift insanları sdaşımaq üçün nəzərdə tutulmayıbmış. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırırlar.