Məşhur ekstrasens Zirəddin Rzayev proqnozları ilə insanları növbəti dəfə heyrətləndirib. O, 2017-2018-illərin zəlzələ və sunami ili olacağını bildirib.
Qaynarinfo.Az turkustan.info-ya istinadən bildirir ki, Zirəddin Rzayev bu barədə Rusiya saytlarına danışıb.
Ekstrasensin sözlərinə görə, yaxın vaxtlarda insanlar hazır olmadıqları bir cox fəlakətlərlə qarşılaşacaqlar. May və ya iyul ayında Günəşdə partlayış baş verəcək ki, bu da iqlimin ciddi dəyişməsinə gətirib cıxaracaq. Avropa ölkələrində bir çox dəhşətli faciələr baş verəcək. Böyük Britaniya, Fransa və İsveçrə təyyarələri qəzaya uğrayacaq. Biri sulara qərq olacaq.
Payızın əvvəlində dəhşətli virus dünyanı cənginə alacaq. İnsanlar maskada gəzməli olacaqlar.
Ekstrasensin söylədiyi proqnozlara görə, 2018 və 2019-cu illərdə ABŞ-da nəhəng vulkan oyanacaq və bu, dünyanın qorxulu yuxusuna cevriləcək. Yeri gəlmişkən, bu haqda alimlər artıq həyəcan təbili çalırlar. Sanki, yer kürəsi insanlara müharibə elan edəcək.
Zirəddin Rzayev daha sonra qeyd edib ki, Putindən sonra olacaq Rusiya prezidenti qız bürcü altında dünyaya gələn şəxs olacaq. Böyük təcrübə və biliyə sahib olan o şəxs Rusiyanı ayağa qaldıracaq.
Ekstrasens daha bir proqnozu ilə də təəccüb yaradıb. Onun sözlərinə görə, yaxın 50 ildə suda və quruda olduqca qeyri-adi və qorxunc heyvanlar peyda olacaq. Yeni növ heyvanlar geni dəyişdirilmiş canlılar olacaq.
Sonda isə Zirəddin Rzayev bir xoş proqnoz da verib. Belə ki, dünyanın elektrik naqillərinə ehtiyacı olmayacaq, çünki insanlar ona əvəz tapacaqlar.
Qaynarinfo.Az