Azərbaycanlı  alimə Oxford Akademik Birliyinin fəxri professoru adı verildi

0
731

Hər il Böyük Britaniyada xüsusi təmtəraqla keçirilən “2017 Liderlər Sammiti”nə azərbaycanlı alim Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyev də dəvət edilib. BMU mətbuat xidmətinin rəhbəri Rəcəb Rzanın Arazinfo.com-a verdiyi məlumata görə,bu ilin dekabrın 20-21-də təşkil olunacaq sammitdə 48 ölkədən görkəmli alimlər, iş adamları və siyasətçilər iştirak edəcək.

Sammitin təşkilat kommitəsi eyni zamanda həmyerlimiz professor Fəqan Əliyevin Oxford Akademik Birliyinin fəxri professoru adına da layiq görüldüyünü bəyan edib.

Hal-hazırda prof. Fəqan  Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Ekologiya” kafedrasının müdiridir. O, Rusiya Memarlıq və İnşaat Akademiyasının, Beynəlxalq ABOK Assosiasiyasının (Rusiya) üzvü, İslam Azad Universitetinin (İran) fəxri professoru və Beynəlxalq Hidrogen Enerji Assosiasiyasının (ABŞ) müşaviridir.

Fəqan Əliyev elmi və təşkilati fəaliyyətinə görə akademik Y.Məmmədəliyev və V.Boguslavskinin medalları ilə təltif olunmuşdur.

 

BIR CAVAB BURAXIN