“Şərəfsiz, sən kimə 500-1000 manatlıq qadın deyirsən?! Keçən dəfə sənin cavabını vermədim, qadındır deyib keçdim. Amma bu dəfə sənin nə mal olduğunu deyib keçəcəm. Mənim ətrafımda tanıdıqlarımın çoxu səninlə, nəinki, 500-ə, elə 300-ə görüşüblər! Maşınla adam vurub Türkiyəyə qaçıb elə orda pulla görüşürsən! Üstəlik türk serialının birində (“Cəsur Ürək”) kazinoda baş rola bir gecəlik hədiyyə olunan fahişə kimi oynayırsan, gəlib burada aktrisalıqdan danışırsan?! Mən Türkiyəyə 2 günlük getdim, filmimi təqdim edib gəldim. Sənin kimi otelləri gəzmirəm!”
Publika.az xəbər verir ki, bu sözləri Pərvin Abıyeva onun haqqında “Azərbaycan kişiləri Pərvinə “Porsche” alanda, axırı da belə olmalı idi” deyən aparıcı Tunay Əliyevaya cavabında deyib.
Tunay Əliyevanın təhqiramiz sözlərindən qəzəblənən aktrisa cavabsız qalmayıb:
“Porsche”m bir çoxları kimi sənin də gözünə girirsə, qoy elə qalsın orada! Bəsdir, özünü mənimlə reklam etdin! Azərbaycan kişisinin birini maşınla vurub öldürən də sən idin, hal-hazırda Azərbaycan kişilərinin adını batırıb Türkiyədə türklərlə görüşən də sənsən! Oturub gözləyirsən ki, Pərvinlə bağlı bir qalmaqal olsun, mən də özümü bir az reklam eləyib yada düşüm. Qurtar daha bu biabırçılıqları. Kişi qədri bilən olub mənim üçün!”.
Xatırladaq ki, Pərvin Abıyevanın türkiyəli müğənni Rafet El Romanla bağlı sualı cavablandırarkən azərbaycanlı kişiləri “kobud” və “köhnəfikirli” adlandırması sözügedən qalmaqala səbəb olub. Tunay Əliyevanın bir neçə ay əvvəl Pərvin Abıyevanın “Maşın şou”da yaşadığı qalmaqaldan sonra da onu 500-1000 manatlıq adlandırmışdı.