Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub.
“Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 2 nəfər ölüb. Bu barədə rayonun başçısı Fərid Əhmədov bildirib.
Onun sözlərinə görə, qətlə yetirilənlərdən biri rayon şurasının deputatıdır.
Dağıstan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi insident nəticəsində 3 nəfərin xəsarət aldığını söyləyib.
Səhiyyə Nazirliyindən bildirilib ki, yaralı şəxslərdən ikisinin vəziyyəti orta ağırdır.
Atəş açan şəxslərdən biri saxlanılıb, ikisi isə hadisə yerindən qaçıb.
Münaqişədə 8 nəfər iştirak edib.
Faktla bağlı araşdırma aparılır.