Azərbaycanın proqnozlaşdırılan neft ehtiyatı 2 mlrd. tondur

0
702
Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 mlrd. ton, qaz ehtiyatı isə 2,550 trln. kubmetr həcmindədir.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə rəsmi qəzetdə bildirib.
Onun sözlərinə görə, proqnozlaşdırılan neft ehtiyatı 2 mlrd. ton, qaz ehtiyatı isə 3,450 trln. kubmetrdir.
“Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4,050 mlrd. ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5,450 mlrd. tondur. Beləliklə, ümumi karbohidrogen ehtiyatları şərti yanacaqla 9,5 mlrd. ton həcmində qiymətləndirilir”, – deyə X.Yusifzadə bildirib./Report/

BIR CAVAB BURAXIN