Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlər

0
599

Azərbaycan Xarici İşlər Nazirliyinin hazırladığı “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat BMT Baş Məclisinin 70-ci sessiyasının gündəliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” və digər müvafiq adlı bəndlərə uyğun olaraq, BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının A/70/1016-S/2016/711 (http://un.mfa.gov.az/files/file/N1626110.pdf) saylı sənədi kimi yayılıb.

XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, bu ilin mart ayında təqdim edilən “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı hesabat erməni mənbələrinin məlumatları əsasında hazırlanıb.

O qeyd edib ki, hesabatda ölkəmizin işğal olunmuş ərazilərində beynəlxalq hüquqa məhəl qoyulmadan Ermənistan tərəfindən məskunlaşmanın həyata keçirilməsi, şəxsi və dövlət mülkiyyətində olan obyektlərin, maddi-mədəniyyət abidələrinin, təbii və digər sərvətlərin vəhşicəsinə istismarı, talan edilməsi və qeyri-qanuni ticarəti kimi davamlı fəaliyyəti sübut edən kifayət qədər təsdiqedici dəlillər öz əksini tapıb: “Dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara çıxarılması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır. Həmçinin, hesabatda təqdim olunan faktlar münaqişənin siyasi həllinə yönəlmiş hazırkı səylərə baxmayaraq, Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq və işğal olunmuş Azərbaycan ərazilərini açıq-aşkar ilhaq etmək (anneksiya) siyasətini yürütdüyünü sübut edir”.

BIR CAVAB BURAXIN