Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburu köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq

0
2006

Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburu köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq.

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan kompleks bərpa işləri Prezidentimiz cənab İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümüdür. Azərbaycan güclü dövlətdir və düşmənin olilliklər ərzində xalqımıza vurduğu maddi yaraların hamısı əlbəttə ki, sağalacaq. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan işlər dövlətimizin gücünün təsdiqidir. Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz- Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin- Qubadlı-Laçın, Qubadlı-Eyvazlı, Füzuli- Ağdam yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur. Azad edilmiş torpaqlarımızda yeni dəmir yolu infrastrukturu da yaradılır. Horadiz-Ağbənd yolu xətti həm azad olunmuş torpaqlara, həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişin təminatında əhəmiyyətli rol oynayacaq. Layihələrin başa çatdırılması olduqca möhtəşəmdir. Güləbird Su Elektrik stansiyası, Suqovuşan və Talışa gedən yolların istifadəyə verilməsi, Şuşanın su və elektrik təchizatının təmin edilməsi, Xarıbülbül və Qarabağ hotellərinin açılışı göstərdi ki, işğaldan azad olunmuş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı kimi nəhəng və möhtəşəm işlərin tam başa çatdırılması müharibədən yeni çıxmış dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə qürurverici işlər davam edir. Bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurun bərpası hərtərəfli olmaqla kompleks şəkildə həyata keçirilir.Doğma yurdlarından köçkün düşmüş vətəndaşlarımızın öz evlərinə qayıtması üçün görülən işlər bütün sahələri əhatə edir. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunmuşdur. Zəngilan Beynəlxalq Hava limanının açılması və 2025-ci ildə Laçın Beynəlxalq Hava limanının istifadəyə verilməsi planlaşdırılır.

2022-ci il Qarabağ və Şərqi Zəngəzurun bərpası və quruculuğunda mühüm mərhələ olacaq.

 

Zərdab rayonu  Əlibəyli kənd tam orta məktəbinin müəllimi- Aliya Rüstəmova