Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır
Azərbaycan özünün tranzit ölkə, həmçinin ənənəvi və yaşıl enerji mənbəyi kimi potensialını, Avropanın bu istiqamətlərdəki tələbatının qarşılanmasındakı rolunu artırmaq üçün ciddi addımlar atmaqdadır. Bu sahədə son aylarda həyata keçirilən siyasət dinamikliyi və intensivliyi ilə diqqəti cəlb edir. Bu ilin iyulunda Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair memorandum imzalandıqdan sonra onun reallaşması üçün çox sürətlə və uğurlu addımlar atılmaqdadır. 2022-ci ilin Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. İmzalanma mərasimində dörd ölkənin dövlət başçıları ilə yanaşı, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də iştirak edib. Buxarestdə imzalanan saziş Azərbaycanın Avropa üçün yalnız ənənəvi deyil, alternativ enerjinin də mənbəyinə çevrilməsi yolunda ilk və çox mühüm addımdır. Layihənin strateji əhəmiyyəti, həmçinin səmərəliliyi artıq dünyanın ən böyük investorlarının ona marağının yaranmasına səbəb olub.
Serbiya Prezidenti ilə görüşdən sonra mətbuata bəyanatında cənab Prezident ölkələr arasında əlaqələrin bütün istiqamətlər üzrə sürətlə dərinləşdiyini qeyd edib. Hazırda ölkələr arasında əlaqələrin daha bir istiqaməti nəqliyyat-logistika sahəsidir. Belə ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyini, bu sahədə uzlaşma və bağlantının yaradılması üçün hər iki ölkə üçün əhəmiyyətli olacaqdır.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri