“Azərbaycanı niyə satdın?” sualına Atatürkün yayımlanmayan CAVABI

0
603

Atatürkün XXI əsrin əvvəlində Azərbaycan Demokratik Respublikasına yardım etmədiyinə dair iddialar zaman-zaman gündəmə gəlib.
Atatürkə qarşı bir çox ittihamlardan bəhs edən “Sözcü” qəzetinin məqaləsində “Azərbaycanı niyə ruslara satdın?” sualının da cavabı yer alıb.
Qəzet ittihamlar əsasında hazırladığı suallara tarixçi Sinan Meydanın Atatürkün dilindən hazırladığı cavabları təqdim edib.
Tarixçi S. Meydan Mustafa Kamal Atatürkü ən yaxından tanıyan şəxslərdən biridir. Onun Azərbaycanla bağlı cavabları indiyə qədər heç yerdə yayımlanmayıb.

“Azərbaycanı niyə ruslara satdın?” sualına Atatürkün cavabı:
“Mondoros müqaviləsinin 11-ci maddəsinə görə, türk ordusu 1918-ci ildə Azərbaycanı boşaltmaq məcburiyyətində qaldı. Mən Naxçıvana qarşı erməni hücumlarına şiddətlə etiraz etdim. Hətta Naxçıvanın müdafiəsi üçün zabitləri gizli şəkildə bölgəyə göndərdim. Ruslarla razılıq əldə olunması üçün göndərdiyim Yusuf Kemal bəyə “Naxçıvan türk qapısıdır. Bu məsələni nəzərə alaraq əlinizdən gələni edin” əmrini verdim. Daha Qurtuluş savaşı vaxtında Azərbaycanla dost münasibətləri qurdum. 18 noyabr 1921-ci ildə təşkil olunan böyük bir mərasimlə Azərbaycan Sovet Sosialist Cümhuriyyətinin bayrağını şəxsən mən Ankaradakı təmsilçiliyinin binasına taxdım. Həmin vaxt çıxışımda Azərbaycan və Türkiyə xalqlarının qardaş olduğunu diqqətə çatdırdım. “Qardaş Azərbaycan” Qurtuluş savaşında Nərimanovun vasitəsilə bizə maddi yardımlar da göndərib. Azərbaycanla mədəni əlaqələrə böyük önəm verdim. Misal üçün, 1926-cı ildə Azərbaycanda bolşeviklər latın əlifbasına keçdi. Biz də 1928-ci ildə latın əlifbasına keçərək, mədəni əlaqələrin zəifləməsinin qarşısını aldıq. Qısası mən Azərbaycanın azadlığı üçün mübarizə apardım. Həmçinin, bu mübarizəni digər məzlum millətlər üçün də apardım”.

Publika.az

BIR CAVAB BURAXIN