Azərbaycan Gürcüstanda ən iri investorlardan biri olaraq qalır. Virtualaz.org xəbər verir ki, bu haqda Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatda deyilir.
Məlumata əsasən, ötən il Azərbaycan bu ölkənin iqtisadiyyatına 550 milyon dollar birbaşa investisiya yatırıb. Bura özəl sektor vasitəsilə yatırılan investisiyalar da daxildir. Azərbaycanın yatırdığı investisiya Gürcüstana il ərzində qoyulan birbaşa xarici investisiyaların 35 faizini təşkil edib.
Habelə Azərbaycan Gürcüstanda ən iri xarici investordur. Ötən il Böyük Britaniya bu ölkəyə 386 milyon dollar, Niderland 155 milyon dollar, Lüksemburq 106 milyon dollar, Türkiyə cəmi 73 milyon dollar birbaşa investisiya yatırıb.