Azərbaycandan çox böyük potensiala malik “Şimal – cənub” dəhlizi də keçir

0
1391

1991-ci ildə müstəqillik əldə etdikdən sonra, Azərbaycan ölkənin neft və qaz sektorunu inkişaf etdirmək üçün bütün gücünü səfərbər etdi. Dövlət orqanlarının düzgün şəkildə qərar qəbul etməsi nəticəsində son iki onillikdə ölkəyə milyardlarla birbaşa xarici investisiya cəlb olundu. “Şimal – cənub” dəhlizlə bağlı ilkin fikirlərin tarixi 1993-cü ilə gedib çıxır. Yalnız 2000-ci illərin sonlarında Hindistan, İran və Rusiya memorandum imzalamış və iki il sonra qəbul edilmişdir. Azərbaycan öz növbəsində 2005-ci ildə bu tarixi sazişin tərəflərindən birinə çevrilmişdir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi təkcə gələcək Azərbaycan-Rusiya münasibətləri üçün həyati əhəmiyyət kəsb etmir, eləcə də Şimal və Cənub yarımkürələri arasında daha sürətli ticarət marşrutlarının yaradılmasında böyük rol oynayır. Hal-hazırda mallar Fars körfəzi, Süveyş kanalı və Aralıq dənizi vasitəsilə ən tez ay yarıma Şimal dənizinin limanlarına göndərilir, lakin Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə bu vaxt bir aydan daha az bir müddətə qısalacaq. Məhz buna görə də layihənin əsas hərəkətverici qüvvələrinin Hindistan, İran və Rusiya olmasına baxmayaraq, bir çox ölkə bu təşəbbüsün həyata keçirilməsində maraqlıdır.

Azərbaycan həm “şimal- cənub” həm də “qərb – şərq ” marşrut xəttinin kəsişmə nöqtəsində yerləşməsi zəifləmiş iqtisadiyyatın stabilliyinin güclənməsinə və davamlı investisiya axınına səbəb olur ki, bu da öz növbəsində ölkənin daha da çiçəklənməsinə zəmin yaradır. Əsas regional layihələrdə fəal iştirak edən Azərbaycan , Rusiya və İran da daxil olmaqla demək olar bütün qonşu dövlətlər üçün cəlbedici ticari tərəfdaş olduğunu nümayiş etdirir.

 

Zərdab rayon Qaravəlli kənd tam orta məktəbin müəllimi-Xəyalə Abdulxalıqova