Azərbaycandan çirkli pulların Qərbə axınının dayandırılması yolları

0
628

ABŞ-ın Hadson İnstitutunda amerikalı və avropalı analitikləri kleptokratiya (bir ailənin, yaxud bir qrupun bir ölkənin sərvətlərini ələ keçirməsi) və pulların yuyulması ilə mübarizə yollarını müzakirə ediblər.

“Turan” Agentliyinin xəbərinə görə oktyabrın 20-si axşam keçirilən müzakirələrdə Azərbaycandan çirkli nağd pulların Qərb paytaxtlarına axınını dayandırmağın yollarına xüsusi diqqət çəkilib.

“Kleptokratiya demokratiya üçün geniş yayılmış qlobal təhlükəyə çevrilib. Düşünürük ki, qloballaşma Qərbin lehinə işləyir. Amma əslində kleptokratik rejimlər ondan fəal şəkildə istifadə edir”, deyə britaniyalı jurnalist, “Kleptokratiya lənətdir: yenidən düşünülməsi və qarşısının alınması” adlı yeni məruzənin müəllifi Ben Cudabildirib.

O daha sonra qeyd edib ki, bunun qarşısı alınmasa, demokratik institutlar ələ keçiriləcək və satılacaq.

“Azərbaycana və Avropa Şurasına (AŞ) baxmaq kifayətdir”, deyə o əlavə edib.

B.Cudanın təqdim etdiyi hesabatda deyilir ki, Azərbaycanın Avropa Şurasına üzvlüyü siyasi mədəniyyətini dəyişdirməyə kömək edəcəyi ümidi ilə qəbul edilib. Bunun yerinə Avropa Şurası onun bənzərinə çevrilib.

 

“Kleptokratiya Avropa Şurasının Azərbaycanı tənqid etmək imkanını iflic etməyib. Amma bu nüfuzlu qurumun rəsmi orqanlarına manipulyasiya etməyə imkan verir. Ölkədə siyasi məhbusların, səsvermələr zamanı sistemli şəkildə fırıldaqların olduğunu inkar edir”, deyə hesabatda bildirilir.

Hesabatda vurğulanır ki, Bakı AŞ-nın tənqiddən əziyyət çəkmir və hətta 2014-cü ildə oraya sədrlik edib. Avropa İnsan Hüquqları Məhkəməsinin sədrini qəbul edib və bir sıra beynəlxalq konfranslar keçirib.

“Parlament Assambleyasının bir çox üzvləri Bakının orada insan hüquqları sahəsində heç bir problem olmadığı haqqında fikri ilə razı idilər. ABŞ nəzərə almalıdır ki, dünyada pulların yuyulması epidemiya xarakteri alıb. Amerikanın xarici siyasətini sarsıdır, inkişafı ləngidir, demokratiya üçün təhlükə yaradır”,hesabatda bildirilir.

Müzakirə iştirakçıları deyiblər ki, ABŞ və Avropa qeyri-leqal əldə olunmuş sərvətlərin leqallaşdırılmasına yol verməyən qanunlar qəbul etməlidir.

 

Müzakirələrdə ABŞ dövlət katibinin köməkçisinin keçmiş müavini, hazırda Makkeyn İnstitutunun direktoru Devid Kramer da danışıb. O, deyib ki, Azərbaycan insan hüquqlarını kobud şəkildə pozan kleptokratik rejimlərin Qərb paytaxtlarına yol tapmasının və demokratiyaya təhlükə yaratmasının “ən yaxşı nümunəsidir”.

“Korrupsiyaya göz yuma biləcəyimizi və təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi diqqət yetirəcəyimizi düşünürüksə, böyük səhvə yol veririk. Kleptokratiya və avtoritarizm “birlikdə hərəkət edir” və onlar nə qədər çox korrupsiyaya uğrayırsa, aqressiyaları bir o qədər çox alır. Aynaya baxmaq və işləri həyata keçirmək qaydalarımızı təmizləmək lazımdır”, deyə Kramer sonda bildirib.

BIR CAVAB BURAXIN