Azərbaycanda qadınlar arasında sonsuzluq artır

0
739

Azərbaycanda qadınların hər 100 minindən 4-i sonsuzdur.

“Report” Statistika Komitəsinə istinadən bildirir ki, ölkədə sonsuz qadınların sayı artır.

Buna da bax: Sonsuzluq: kim müalicə almalıdır-qadın ya kişi?

Statistikaya görə, 2015-ci ildə ölkədə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan pasiyentlər arasında qadın sonsuzluğundan əziyyət çəkənlərin sayı 2 300-dən çox olub. Bu da ölkə üzrə qadınların hər 100 min nəfərinə 48,4 nəfər düşməsi deməkdir.

Buna da bax: Kişi sonsuzluğunu Tacikistanda necə müalicə edirlər?

Sonsuzluqdan əziyyət çəkən qadınların göstəricisi 2014-cü ildə 2 300-dən az olub. Son bir ildə 18 nəfər qadında sonsuzluq diaqnozu qoyulub.

Xəbərdə vurğulanır ki, qadınlar arasında bədxassəli yenitörəmələrlə bağlı da artım müşahidə olunub. Belə ki, ötən il bu xəstəlikdən 5 mindən çox, (2014-cü ildə 4 930 nəfər) qadın əziyyət çəkib.

Statistika 15-49 yaş arası qadınlara görə hesablanıb.

BIR CAVAB BURAXIN