Məlum olduğu kimi Azərbaycan Nazirlər Kabinetinin strukturuna 35 dövlət qurumu daxildir. Bunlardan 18-i nazirlik, 9-u komitə, 5-i xidmət, 2-si administrasiya, 1-i isə idarədir. Bu qurumlara rəhbərlik edən şəxslərdən əlavə Baş nazir və onun müavinləri də Nazirlər Kabinetini təşkil edirlər. Hazırda Nazirlər Kabinetini 41 üzvü var. “Arazinfo.com”-un “Yeniavaz.com”-a istinadən verdiyi məlumata görə Nazirlər Kabineti üzvlərinin 8-i əslən Naxçıvandan, 7-si Qərbi Azərbaycandan, 6-sı Bakıdan, 3-ü Gürcüstandan, 2-si Gəncədən, 2-si Şəmkirdən, 2-si isə Şəkidən olub. Eyni zamanda Füzuli, Cəbrayıl, Xocalı, Sumqayıt, Qubadlı, Sabirabat, Ağsu, Cəlilabad, Quba və Cənubi Azərbaycan da hər biri 1 nəfət “təmsilçi” ilə Nazirlər Kabinetində təmsil olunurlar.
Nazirlər Kabineti üzvlərinin SİYAHISI:
– Rasi-zadə Artur Tahir oğlu – Baş nazir:
Gəncə şəhərində doğulsa da, onun əslən Naxçıvandan olduğunu və Azərbaycanın məşhur şairi Hüseyn Cavidin yaxın qohumu olduğunu da yəqin ki, çox adam bilir.
– Eyyubov Yaqub Abdulla oğlu – Baş nazirin birinci müavini:
Doğum yeri Mingəçevir şəhəri göstərilir. Lakin, mətbuatda yer alan məlumatlardan belə görünür ki, baş nazirin müavini əslən Qərbi Azərbaycandandır.
– Əfəndiyev Elçin İlyas oğlu – Baş nazirin müavini:
Bakı şəhərində doğulsa da, əslən Füzuli rayonundandır. Məşhur yazışı İlyas Əfəndiyevin oğludur.
– Həsənov Əli Şamil oğlu – Baş nazirin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri:
Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub.
– Şərifov Abid Qoca oğlu – Baş nazirin müavini:
Şəki rayonunda anadan olub.
– Əhmədov Əli Cavad oğlu – Baş nazirin müavini:
Qərbi Azərbaycanın Basarkeçər rayonunda anadan olub.
– Abasov İsmət Dursun oğlu – Baş nazirin müavini:
Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub.
– Məmmədyarov Elmar Məhərrəm oğlu – Xarici işlər naziri:
Bakı şəhərində anadan olub. Məşhur akademik Məhərrəm Məmmədyarovun oğludur.
– Usubov Ramil İdris oğlu – Daxili işlər naziri:
Xocalı rayonunda anadan olub.
– Həsənov Zakir Əsgər oğlu – Müdafiə naziri:
Astara rayonunda doğulsa da, əslən Qərbi Azərbaycandandır.
– Məmmədov Fikrət Fərrux oğlu – Ədliyyə naziri:
Bakı şəhərində anadan olsa da, əslən Şəki rayonundandır.
– Camalov Yavər Talıb oğlu – Müdafiə sənayesi naziri:
Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub
– Şərifov Samir Rauf oğlu – Maliyyə naziri:
Rəsmi mənbələrdə doğum yeri göstərilməsə də, əslən Gürcüstandan olduğu məlumdur.
– Məmmədov Fazil Əsəd oğlu – Vergilər naziri:
Şamaxıda anadan olsa da, əslən Şəmkir rayonundandır.
– Mustafayev Şahin Abdulla oğlu – Iqtisadiyyat və sənaye naziri:
Qərbi Azərbaycanın Noyemberyan rayonunda anadan olub
– Heydərov Kəmaləddin Fəttah oğlu – Fövqəladə Hallar naziri:
Naxçıvanda, Babək rayonunda anadan olub.
– Müslümov Səlim Yanvar oğlu – Əmək və əhalinin sosial müdafiəsi naziri:
Ağsu rayonun Pirhəsənli kəndində anadan olub.
– Əsədov Heydər Xanış oğlu – Kənd təsərrüfatı naziri:
Rəsmi mənbələrdə anadan olduğu yer göstərilməsə də, Qərbi Azərbaycanın Sisyan rayonundan olduğu məlumdur.
– Qarayev Əbülfəz Mürsəl oğlu – Mədəniyyət və turizm naziri:
Bakıda anadan olub. Məşhur bəstəkar Qara Qarayevin qardaşı oğludur.
– Cabbarov Mikayıl Çingiz oğlu – Təhsil naziri:
Bakıda anadan olsa da, əslən Gəncədən olduğu məlumdur.
– Şirəliyev Oqtay Kazım oğlu – Səhiyyə naziri:
Bakıda anadan olsa da, əslən Cənubi Azərbaycandan olduğu bildirilir.
– Quluzadə Ramin Namiq oğlu – Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri:
Bakı şəhərində anadan olduğu qeyd olunur.
– Əliyev Natiq Ağaəmi oğlu – Energetika naziri:
Bakı şəhərində doğulsa da, əslən Naxşıvandan olduğu məlumdur.
– Rəhimov Azad Arif oğlu – Gənclər və idman naziri:
Bakı şəhərində anadan olduğu bildirilir.
– Bağırov Hüseynqulu Seyid oğlu – Ekologiya və təbii sərvətlər naziri:
Rəsmi mənbələrdə anadan olduğu yer göstərilməsə də, Quba rayonundan olduğu, Azərbaycan SSR KP-nin birinci katibi Mircəfər Bağırovun qardaşı oğlu olduğu məlumdur.
– Əliyev Aydın Əli oğlu – Dövlət Gömrük Komitəsinin sədri:
Bakı şəhərində anadan olsa da, əslən Gürcüstandandır.
– Ələsgərov Abbas Abbas oğlu – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri:
Bakı şəhərində anadan olub.
– Hüseynova Hicran Kamran qızı – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri:
Bakı şəhərində anadan olsa da, əslən Qubadlı rayonundandır.
– Budaqov Tahir Yaqub oğlu – Dövlət Statistika Komitəsinin sədri:
Naxçıvan şəhərində anadan olub.
– İbrahimov Nazim Hüseyn oğlu – Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri:
Naxçıvanda, babək rayonunda anadan olub.
– Mübariz Qəhrəman oğlu Qurbanlı – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri:
Şəmkir rayonunda anadan olub.
– Həsənov Ramiz Ayvaz oğlu – Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri:
Gürcüstanda, Marnueli rayonuda anadan olub.
– Həsənov Kərəm Əvəz oğlu – Əmlak Məsələləri Dövlət Komitəsinin sədri:
Cəlilabad rayonunda anadan olub.
– Qurbanov Qüdrət Qəmbər oğlu – Dövlət Dəniz Administrasiyasının rəisi:
Naxçıvan şəhərində anadan olub.
– Məmmədov Arif Əhməd oğlu – Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru:
Hansı rayonda anadan olduöu barədə rəsmi mənbələrdə heç bir məlumat yoxdur.
– Mədət Qəzənfər oğlu Quliyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi:
Gəncə şəhərində anadan olduğu bildirilir.
– Orxan Sedyar oğlu Sultanov – Xarici Kəşfiyyat Xidmətinin rəisi:
Bakı şəhərində anadan olduğu bildirilir.
– Nəbiyev Firudin Hilal oğlu – Dövlət Miqrasiya Xidmətinin rəisi:
Qərbi Azərbaycanın Dərələyəz bölgəsində anadan olub.
– Quliyev Elçin İsağa oğlu – Dövlət Sərhəd Xidmətinin rəisi:
Sumqayıt şəhərində anadan olduğu bildirilir.
– Paşayev Ataxan Əvəz oğlu – Milli Arxiv İdarəsinin rəisi:
Naxçıvanda, Culfa rayonunda anadan olub.
– Rəhimov Arzu Yusif oğlu – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi:
Naxşıvan şəhərində anadan olub.