Azərbaycanda daha bir bağçada uşağa qarşı zorakılıq edilib. Bu barədə bir neçə saat öncə Facebook şəbəkəsində yayılan məlumatlara görə, hadisə Gəncə şəhərində baş verib.
Belə ki, Gəncə şəhər 31 saylı usaq bağçasında Gülnarə adlı müəllimənin 1 yaş 6 aylıq olan Sara adlı uşağın üzünə dağ basdığı deyilir: “Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, “uşaq-uşağın üzünü dişləyib, soyuq suəvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb”. Ancaq uşağı ekspertizaya aparıblar, orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub. Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib”.Hadisə barədə bir neçə şəbəkə istifadəçisi tərəfindən məlumat paylaşılıb.
P.S. Yayılan məlumatın doğru olub-olmadığını araşdırmağa çalışacağıq.
Üzü yandırılan uşağın fotolarını təqdim edirik:
Musavat.com