2016-cı ilin I rübü ərzində ölkədə 48 min yeni, o cümlədən 42 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 64,6%-i qeyri-dövlət sektorunda açılıb.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Yeni iş yerlərinin 25%-i Bakı şəhərinin, 1,2%-i Naxçıvan Muxtar Respublikasının, 73,8 %-i regionların payına düşüb.
Daimi iş yerlərinin 7,7%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 30,4%-i mövcud müəssisə və təşkilatlarda, 0,9%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 61%-i isə fərdi sahibkarlıq subyektləri tərəfindən açılıb.
Komitənin məlumatına görə, 2014-cü ilin yanvarın 1-dən 2016-cı ilin aprelin 1-dək Azərbaycanda ümumilikdə 291,1 min olmaqla 238,2 min daimi iş yerləri yaradılıb.
2016-cı ilin I rübündə ölkədə 14,1 min iş yeri bağlanıb.
Bu dövrdə bağlanmış iş yerlərinin 78,1%-i qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 63,4%-i fərdi sahibkarlıq subyektlərinin, 15,3%-i müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 21,3%-i isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.