Azərbaycanda 2860 qadın polis işçisidir

0
540

“Cari ilin doqquz ayında ölkədə qadınlara qarşı 4 552 cinayət törədilib”.

Bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov deyib.

Onun sözlərinə görə, zorakılıqla bağlı cinayətlərin sayı 1747 olub: “Bu hüquqazidd əməllərə görə, 2 104 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub. Cinayətlərin 13 faizi və ya hər səkkizincisi ailə məişət münaqişəsi zəminində baş verib”.

Şöbə rəisi əlavə edib ki, 9 ay ərzində qadınların hüquqlarının məhdudlaşdırılması ilə bağlı heç bir cinayət faktı qeydə alınmayıb.

DİN rəsmisi qeyd edib ki, bu gün daxili işlər orqanlarında 2860 qadın xidmət edir ki, onlardan 1347-si xüsusi rütbəli, 1 513-ü isə mülki işçilərdir.

BIR CAVAB BURAXIN