“Azərbaycana qarşı gen müharibəsinin əsas hədəfi anamızdan əmdiyimiz süddür…”

0
977

“…1953-cü il dekabrın 10-da Qızılbulaq ərazisində “Gen mutasiyası” deyilən bir layihə işlənildi. Digər tərəfdən də “Vaksin əməliyyatı” deyilən bir əməliyyat başlanmışdı. “Gen mutasiyası” layihəsinin icrasına rəhbərlik edən professor, MN-nin hərbi-sənaye kompleksinin məsul işçisi olan Vladimir Baskakov (İvanoviç) iki gündən sonra 13 nəfər əməkdaşı ilə Gəncəyə təşrif gətirir. 1953-cü il dekabrın 21-də Moskvaya, MN-nin 7-ci şöbəsinə, general M.D.Varlamova birinci “Məxfi arayışı”nı yola salır.

“Qızılbulağa gələn 13 rus kəşfiyyatçısından 8-i zəhərləndi və iflic olaraq ömürlük şikəst kimi geri qayıtdı…”

Professor V.Baskakov yazır: “…General Maksim Daniloviçə. İşə tikilməmək şərtilə(Amma arayış işə tikildi. Səh.29.- R.N.). Biz Qızılbulağa çatdıq. Biz hamımız – 13 nəfər axşam yeməyində zəhərləndik… Bizi güman edirdim, zəhərlədilər. Amma sonradan bu fikirdə qalmadım. Çünki bu adamlar daha məsuliyyətli, daha ciddi idilər. Onların kimlər tərəfindənsə zəhərlənmələri mənim üçün boş və mənasızdır… Bu, mümkünsüzdür…”

Digər tərəfdən, hələlik məlum deyildi ki, nə  baş verir. Araşdırma materiallarına görə, belə bir hadisə hələ qeydə alınmayıb.     Professor V.Baskakov qarşıya qoyduğu planı diqqətlə nəzərdə saxlayır. İkinci gecə isə V.Baskakovun adamlarının da 8 nəfəri iflic olur. Bütün baş verənlər həm yerli əhali üçün, həm də Kreml üçün çox ciddi bir məsələ kimi qeyd olundu. 1953-cü il dekabrın 26-da isə iflic olan 8 nəfərin səkkizi isə birdəfəlik şikəst olaraq geri- Moskvaya qaytarıldı…

Professor, ixtisasca bioloq olan V.Baskakov isə Kremlə ünvanladığı məktubda yazır: “…Başçılıq etdiyim həkim qrupunun 8 (səkkiz) nəfəri öz işlərini davam etdirə bilmədilər və nəticədə geri qaytarıldılar…

“Londondakı konfransda  “Dirçələn türklər və yeni bir oyanış”  məsələsi müzakirəyə çıxarıldı…”

Kremlin “Gen mutasiyası” layihələrində təkcə Azərbaycan dayanmırdı.  Bu layihələrdə Türk dövləti də başlıca faktorlardan biri idi. Bu da ümumən türklərə məxsus genetik kodların öldürülməsi, “zəhərlənməsi” üçün görüləcək böyük və yaxud irihəcmli layihələrin mərkəzində dayanırdı. Bir az əvvələ qayıdaq. Məsələn, XX  əsrin əvvəlində baş tutan London yığıncağında (ABŞ, Fransa, İngiltərə, İsveçrə, Avstriya, Yaponiya, Sovet İttifaqı) “Dirçələn türklər (yəni Türk Dünyası) və yeni bir oyanış” adlı məsələ müzakirəyə çıxarıldı. Dünya Böyük və Nəhəng Türk Dünyasının formalaşmasından ehtiyat edirdi… Mən bu konfransla bağlı məlum olan məsələləri açıqlamıram. Çünki məni düşündürən və geniş aspektdə maraqlandıran xalqımın və millətimin taleyidir. Onu bütün bunların sonunda nə gözləyir?..

“Azərbaycan milləti tarixin ən qızğın, çevik və həqiqət axtaran millətidir…”

Araşdırma materiallarına görə, iri  dövlətlərin  Türkiyə ilə bağlı strateji planlarında Azərbaycan həmişə onun yanında təhlil olunub. Akademik G.S.Markov (o həm də müharibə illərində SSRİ Səhiyyə Nazirliyinin “Məxfi auditoriya”sına  başçılıq edirdi.  Bu barədə sonra danışacağıq-R.N.) 1954-cü ilin iyulun 12-də şəxsən N.S.Xruşşova ünvanladığı məktubda qeyd edirdi: “…İnstitutumuzun apardığı tədqiqatların nəticələrini şəxsən sizə göndərirəm. Çox hörmətli Nikita Sergeyeviç, diqqətiniz bizim elmi işlərdə olduğunuz üçün çox təşəkkür edirik… Bizim MN-nin nəzdində fəaliyyət göstərən Genetika İnstitutumuz xeyli araşdırma işləri aparıb. Bu davam edir. Məlum olub ki, ölkəmizin ərazisində mövcud olan türk xalqları içərisində Azərbaycan ərazisi və orada yaşayan azərbaycanlılar gələcəkdə daha ciddi fəsadlar törətmək iqtidarında olacaq. Bu millət tarixin ən qızğın, çevik və həqiqət axtaran millətidir. Onun genetik hüceyrələri bizi çox düşündürür. Onların çoxalıb, artması bizim üçün önəmli deyil. Yalnız lokal müharibələr, kütləvi zəhərlənmələr, köçürmə və deportasiyalar bu millətin genetikasındakı inkişafı ləngidə bilər. Bunun üçün kifayət qədər gücümüz var. Həmçinin, bizim bu istiqamətdə yeni bir taktikamız da hazırlanıb…”

Akademik G.S.Markov (bəzi yerlərdə Marquk yazılır) məktubunda yeni taktikasını açıqlamır. Amma araşdırma materiallarına görə, bu taktika Azərbaycan millətinə qarşı, paralel olaraq Türkiyəyə qarşı bir taktika idi… Milləti biri-birinə qarşı qoymaq bu taktikanın başlanğıcı idi. Əslində, Azərbaycan istiqamətində hazırlanan yeni “Gen mutasiyası”da elə bu taktika ilə başlanmalı idi. Azərbaycana qarşı gen müharibəsi davam edirdi. Anamızdan əmdiyimiz süd isə, bu müharibənin əsas hədəfi olaraq qalır…”

Təqdim etdi: Sultan Laçın