“Azərbaycanın bağladığı borc sazişləri üzrə alınmış məbləğlərdən tam istifadə olunmayıb”.
“Report” xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, artıq qalmış məbləğlərin layihələrə yönəldilməsi nəzərdə tutulub.
“Xarici borcların qaytarılması limit çərçivəsində olmalıdır. Dünyada borcu olmayan dövlət demək olar ki, yoxdur. Bir sıra dövlətlərin ya daxili, ya xarici, ya da hər ikisinin kombinasiyasından ibarət borcu var. Dövlət başçısı uzunmüddətli borcun idarə edilməsi strategiyasını təsdiq edib. Burada əsas hədəflər göstərilib və srategiyaya da uyğun işlər aparılacaq”, – nazir vurğulayıb.
S.Şərifov həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində dövlət zəmanətli kreditlər cəlb edilir: “ Bu zaman dövlət üzərinə müəyyən şərti öhdəliklər götürür ki, bu da xarici dövlət borcunun artmasına səbəb olur. Ancaq əsas məqam ondan ibarətdir ki, Azərbaycan borcunu getdikcə azaldır”.