Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir

0
188

Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir

Avropanın əsas enerji təminatçısı qismində ənənəvi olaraq Rusiya, Yaxın və Orta Şərq çıxış edib. İraq müharibəsi, İrana qarşı yürüdülən sanksiyalar faktiki olaraq Avropanı Rusiya neftindən asılı vəziyyətə salıb. Məhz bu səbəbdən Avropa və Rusiya Xəzər dənizinin neftinin alınmasında maraqlıdır. Birincisi, Avropa öz enerjiyə olan tələbatını ruslardan azaltmaq məqsədi ilə və ya bir inhisarçıdan asılı olmamaq üçün Azərbaycanı öz enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi görür. İkincisi isə öz hasilat sənayesinə olan təlabatını ödəmək və digər siyasi maraqları həyata keçirmək üçün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əlverişli mövqedir.
Azərbaycanın xarici siyasətində enerji amili öz əhəmiyyətli mövqeyini qorumaqda davam edir. Müxtəlif liderlərin hakimiyyətləri dövründə Azərbaycanın ümumi xarici siyasət strategiyasında ciddi dəyişikliklər nəzərə çarpsa da, Azərbaycanın enerji siyasəti 25 il boyunca əsasən bənzər hədəflərə yönəlmişdir. Azərbaycan bu siyasətlər nəticəsində hazırda öz enerji təhlükəsizliyini təmin edə bilir, eləcə də bəzi digər dövlətlərin enerji təhlükəsizliyində də əsas rollardan birini oynayır.
Bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Avropa parlamentinin Parisdəki ofisində “Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş “ mövzusunda beynəlxalq konfransda çıxışında bildirmişdir: Azərbaycan hələ 150 il öncə sənaye üsulu ilə neft hasil edən ilk ölkə olub. 1901-ci ildə dünya neftinin 50 faizi bizim ölkədə hasil edilirdi. İlk neft bumu digər əsas iştirakçılarla yanaşı, Nobel qardaşları, Şell-Transport və Rotşild Banking House şirkətlərini əhatə edirdi.
1994-cü ildə dünyanın aparıcı neft şirkətlərindən ibarət konsorsiumla “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizinin resurslarını beynəlxalq aləmə açdı.Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.
Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi idi. O, tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizlərini birləşdirdi.Biz əminik ki Azərbaycan avropanın enerji təhlükəsizliyinin təminatçısı olduğu kimi avropa siyasi hakimiyyəti Azərbaycana qarşı haqsızlıqlarda haqqın tərəfini tutacaq.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktoru- Səlim Zeynalov