Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq formatı yaradacaq

0
704

Azərbaycan, Türkiyə və Rusiya üçtərəfli əməkdaşlıq formatı yaradacaq.
Trend TRT Haber telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra birgə mətbuat konfransında deyib.

Qeyd edək ki, Ankara və Moskva arasında yaranmış böhran və Türkiyədəki hərbi çevrilişə cəhddən sonra bu, R.T.Ərdoğanın Rusiyaya ilk səfəridir.

Rusiya Türkiyə ilə ikitərəfli münasibətlərin tam bərpa olunmasında maraqlıdır, yaxın zamanlarda 2019-cu ilə qədər əməkdaşlığın orta müddətli proqramı işlənib hazırlanacaq.
Trend RİA NOvosti-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra birgə mətbuat konfransında deyib.

Rusiyanın “Qazprom” şirkəti “Türk axını”nın reallaşdırılması ilə bağlı danışıqlara başlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiyanın energetika naziri Aleksandr Novak bəyan edib.

A. Novak deyib ki, Rusiya və Türkiyə “Türk axını”nın reallaşdırılması ilə əlaqədar İşçi Qrupunun yaradılması barədə razılığa gəlib. Rusiya Türkiyə tərəfinə “Türk axını”nın tikintisi ilə əlaqədar hazırladığı “Yol xəritəsi”ni də təqdim edib.

“Türk axını”nın birinci xəttinin tikintisi 2019-cu ilin ikinci yarısında başa çata bilər. Energetika naziri “Türk axını”nın reallaşdırılması çərçivəsində Rusiyanın Türkiyəyə satacağı qazın qiymətində endirim olması məsələsinin müzakirə olunmadığını, bununla belə Rusiya Energetika Nazirliyinin Türkiyə üçün qazın qiymətində endirim edilməsini müzakirə etməyə hazır olduğunu qeyd edib. A. Novak Avropanın zəmanəti olmadığı halda “Türk axını”nın yalnız birinci xəttinin tikiləcəyini bildirib.

Rusiyanın energetika naziri “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi üçün müvafiq icazələrin verilməsinin də razılaşdırıldığını açıqlayıb.

BIR CAVAB BURAXIN