Azərbaycan, Türkiyə və Pakistan müdafiə sənayesi sahəsində birgə müəssisələr yarada bilər.
Bu barədə Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının ilk üçtərəfli görüşünün yekununda bildirib.
Onun sözlərinə görə, görüş zamanı tərəflər müdafiədən ticarətə qədər genişləndirilməsi üçün böyük potensial olan vacib sahələri müzakirə ediblər.
“Bizim üçtərəfli əlaqələrimiz inkişaf edir. Nəqliyyat əlaqələrini də genişləndirmək lazımdır”, – Pakistanın xarici işlər naziri bildirib.
“Üçtərəfli platformanı davam etdirmək barədə razılığa gəldik. İnanırıq ki, əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialımız var”, – nazir vurğulayıb.