Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı yeni inkişaf dövrünə qədəm qoyur

0
1996

Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı yeni inkişaf dövrünə qədəm qoyur

Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı yeni inkişaf dövrünə qədəm qoyur. Bu etibarlı əməkdaşlığın obyektiv əsasları var.

Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlərlə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır.

Strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr yüksələn xətlə inkişaf edir.

Prezident İlham Əliyevin cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündəki iştirakı bir daha göstərdi ki, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Ölkələrimiz bir sıra sahələrdə bir-birlərinə qarşılıqlı dəstək verir. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar buna ən yaxşı sübutdur.

İqtisadi əməkdaşlığın inkişaf dinamikasının statistikasına nəzər salsaq görərik ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi də 5 dəfə artıb.

Azərbaycan, Türkiyə və Türkmənistanın böyük uğurlara imza atdığı sahələrdən biri nəqliyyat-logistika sektorudur. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir.

Son zamanların geosiyasi hadisələri Azərbaycanı önəmli tranzit ölkəsinə çevirib. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artıb. Tranzit daşımalarından danışarkən Zəngəzur dəhlizi və onun gətirəcəyi üstünlüklərdən mütləq söz açmalıyıq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.

Səfər çərçivəsində imzalanmış sənədləri və Memorandumu nəzərdən keçirərkən əminliklə demək olar ki, Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığı yeni inkişaf dövrünə qədəm qoyur və bu əməkdaşlıq müasir infrastrukturun yaradılmasına xidmət edəcək.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 Azərbaycan Türkiyə və Türkmənistan əməkdaşlığı Türk coğrafiyasının rolunu beynəlxalq arenada gücləndirəcəkdir

Azərbaycan türkdilli dövlətlərlə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafını xüsusi diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidenti İlham Əliyevin mütəmadi olaraq türkdilli ölkələrə etdiyi səfərlər də məhz bu məqsədə xidmət edir. Artıq xəbər verildiyi kimi, dekabrın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmənbaşı şəhərinə səfər edib. Zirvə Görüşündə geniş nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  qeyd etmişdir ki, Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Bu da etibarlı əməkdaşlığın ən gözəl nümunələrindən biridir.

Qeyd etmək lazımdır ki, Azərbaycanın Türkiyə  ilə əlaqələri geniş masştablı, bərabərhüquqlu əsaslara malikdir. Bütün məsələlərdə bir-birinin yanında olan, siyasi, iqtisadi, mədəni əlaqələrini daim inkişaf etdirən iki ölkə qardaşlıq münasibətlərinə böyük önəm verir. Bu mənada 2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bir-birini qoruyacaqlar.

Azərbaycanın həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır. Son 5 ildə Türkmənistan və Azərbaycan arasında imzalanmış müqavilələr, eləcə də 2018-ci ildə açılmış Ələt Beynəlxalq Dəniz Ticarəti Limanı və Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı iki ölkə arasında ticarət dövriyyəsini nəzərəçarpacaq dərəcədə artırmış, eləcə də məhsulların daşınma müddətini önəmli dərəcədə azaltmışdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəni Türkmənistan üçün Avropaya açılan pəncərə durumuna gətirmişdir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Zirvə Görüşündə Türkmənistanla Azərbaycanın imzaladığı 5 sənəddə göstərilən müddəalar, bu iki ölkəyə yeni tranzit imkanları yaradır.

Bakı-Tbilisi-Qars dəmiryolu infrastrukturu Türkmən mallarının Türkiyəyə və Avropaya, eləcə də əks istiqamətdə daşınması üçün önəmli bir vasitəyə çevrilmişdir. Bu, əsasən resurs və xammal ixracatçısı olan Türk Şurasının Özbəkistan, Qırğızıstan kimi üzvlərinə də öz yükdaşımalarını bu xətlə həyata keçirilməsinə imkan yaradaraq, Şuranın inkişaf perspektivlərinə xidmət edir. Belə ki, BTQ dəmiryolu Avrasiyanın bir ucundan digər ucuna yükdaşıma müddətini 15 günə endirib və bu da öz növbəsində eyni istiqamətdə su daşımalarından iki dəfə qısa vaxta və hava daşımalarından iki dəfə ucuz vəsaitə başa gəlir. İqtisadi  əlaqələrin inkişaf dinamikası da göstərir ki, əlaqələrin bu səviyyədə inkişafı daha geniş perspektivlər vəd edir.

Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatmışdır. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır.

Cənab Prezidentin nitqində göstərildiyi kimi tarixi gerçəklik olan Zəngəzur Dəhlizinin açılışı sözsüz ki, yüz ildən çoxdur, bölgədə ermənilərin apardığı anti-Turan təbliğatına mühüm zərbədir. Burada xüsusi qeyd edilməlidir ki, ermənilər xristian ölkələrindəki lobbi qrupları vasitəsilə uzun müddət idi ki, Qafqazda xristian-vassal dövlətin qurulmasının vacibliyini vurğulayır, Turan bəhanəsini gətirərək öz geosiyasi çəkilərini artırmağa cəhd edirdilər. Lakin 2020-ci ilin payızında Qarabağda müharibənin Azərbaycanın qalibiyyəti ilə nəticələnməsi, Zəngəzur vasitəsilə yeni nəqliyyat dəhlizinin açılması Ermənistan Respublikasının bu vaxta qədər davam edən geosiyasi çəkisinə mühüm zərbə olacaq və bir sıra dövlətlərin baxış bucaqlarında ermənilərin indiyə qədər olan “əhəmiyyəti” xeyli azalacaq.

Zirvə Görüşündə Türkmənistanla Azərbaycanın imzaladığı 5 sənəddə göstərilən müddəalar, nəzərdə tutulan bütün layihələr, eləcə də Qazaxıstan – Türkmənistan – İran və Özbəkistan – Türkmənistan – İran – Oman dəmiryolları şəbəkələri ilə Azərbaycan, Türkiyə  və Türkmənistan arasında olan nəqliyyat şəbəkələrindən ortaq istifadə, Mərkəzi Asiya – Yaxın Şərq arasında yerləşən bu iki ölkəyə yeni tranzit imkanları yaradır. Bu da öz növbəsində Şərq və Qərb arasında mərkəz mövqedə yerləşən Türk Şurası dövlətlərinin tranzit imkanlarını artırmaqla, onlara iqtisadi, siyasi, nəqliyyat-tranzit və rəqəmsal sferada yeni dividentlər qazandırır. Beləliklə, Azərbaycan, Türkiyə  və Türkmənistan arasında müxtəlif sahələrdə olan əməkdaşlığın mümkün inkişafı Türk coğrafiyasının rolunu beynəlxalq arenada gücləndirəcəkdir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

Azərbaycan, Türkiyə və Türkmənistanın strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələri mövcuddur

Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş bu münasibətlər ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Təsadüfi deyil ki, bu gün hər üç ölkənin strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələri mövcuddur. Məhz 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Eləcə də Azərbaycanın Türkiyə ilə 2021-ci ildə imzaladığı Şuşa Bəyannaməsi iki ölkənin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Ölkələr bir-birinə qarşılıqlı dəstək verir, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində əməkdaşlıq edirlər

Azərbaycan, Türkmənistan və Türkiyə arasındakı əməkdaşlıq Asiya ilə Avropa arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Reallıq ondan ibarətdir ki, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıblar. Onu da əlavə edək ki, haqqında danışılan ölkələr Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçılarıdır. Bu gün Avropadan Asiyaya və əksinə  uzanan ticarət yolları üzərində yerləşən hər üç dövlət Avrasiyada mühüm əməkdaşlıq platformasını formalaşdırırlar. Hər üç ölkə eyni zamanda yerləşdikləri geostrateji məkanın enerji təhlükəsizliyinin də təmin olunmasında əhəmiyyətli rola malikdirlər. 44 günlük Vətən müharibəsində Azərbaycanın parlaq zəfər qazanmasından sonra Orta dəhlizin mühüm tərkib hissəsi olacaq Zəngəzur dəhlizinin reallaşdırılması da regionda yeni nəqliyyat-kommunikasiya işbirliyi üçün əlverişli şərait yaradacaq.

Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində imzalanmış energetika, nəqliyyat, gömrük, ticari-iqtisadi səhələrdə əməkdaşlığa dair sənədlər də qeyd olunan sferalarda uğurlu layihələrin reallaşdırılmasına əlavə imkanlar verəcəkdir. Azərbaycanın reallaşdırdığı nəqliyyat-logistika və kommunikasiya layihələri bütün ölkələrin birgə fəaliyyəti mühüm imkanlar açır: “Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması nəzərdə tutulur. Eləcə də Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonası yaxın illərdə tam gücü ilə işə başlayacaq. Həmçinin, 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir və bu gün Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Bundan başqa regionun mühüm nəqliyyat arteriyası olan Bakı-Tbilisi-Qars dəmir yoluna əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. Bütün bunlarla yanaşı Bu gün Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərirki, işğaldan azad olunmuş Laçında sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub. Bir sözlə, Azərbaycan malik olduğu nəqliyyat-logistika və kommunikasiya imkanları Azərbaycan, Türkmənistan-Türkiyə əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə təkan verir. Bütün bunlar Avrasiyada iri enerji, nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsinə vəsilə olacaq”.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

Yeni əməkdaşlıq istiqamətləri müəyyənləşir

Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün keçirilməsi və  müzakirə olunan məsələlər ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Zirvə Görüşü türkdilli dövlətlərin mövcud olan sıx əlaqələrinin və əməkdaşlığın daha da gücləndirilməsi niyyətinin növbəti nümunəsidir.

Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 2017-ci ildə isə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Ümumiyyətlə, Vətən müharibəsində ərazilərini işğaldan azad etdikdən sonra Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur. Hazırda Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir. Bu il Türkmənistan Prezidentinin Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin isə bu ölkəyə səfərləri, həmin səfərlər zamanı aparılan müzakirələr və əldə olunmuş razılaşmalar əlaqələrimizin gələcək istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri və Zirvə Görüşündə iştirakı ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək. Səfər çərçivəsində dövlətimizin başçısı Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Görüşlərdə üçtərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər müzakirə olunub. Bundan əlavə, prezidentlərin təkbətək, məhdud və geniş tərkibdə görüşləri keçirilib. Zirvə Görüşündə dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Bu dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək, Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizindən istifadə türk dövlətləri arasında təkcə iqtisadi-ticari əlaqələrin deyil, eyni zamanda, mənəvi, mədəni, siyasi birliyin daha da güclənməsinə töhfə verəcək. Zəngəzur dəhlizi geniş mənada türk dünyasını birləşdirəcək.

Ölkələrimizi mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq münasibətləri də birləşdirir. Hər üç ölkə beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətlər onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan, Türkiyə və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər. Zirvə Görüşündə imzalanan sənədlər də bu reallığı bir daha təsdiqləyir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Türk dünyasının bir mərkəz kimi çıxış etməsi Böyük Türk Dönəminin başladığını göstərir

Prezident İlham Əliyevin Türkmənistana səfəri, Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün təşkil edilməsi bütövlükdə Türk dünyası üçün çox ciddi hadisədir. Qütblərarası ziddiyyətin dərinləşdiyi, qüvvələr balansının tez-tez dəyişdiyi bir çağda Türk dünyasının bir mərkəz kimi çıxış etməsi, mövcud geosiyasi böhranın təsirlərini fürsətə çevirməsi artıq Böyük Türk Dönəminin başlamasından xəbər verir.

Türkmənbaşı şəhərindəki cari görüşlərdə də səsləndiyi kimi, bu, 2022-ci il ərzində Prezident İlham Əliyevin Türkmənistana ikinci səfəridir. Bundan öncə Qazaxıstan, Özbəkistan və Qırğızıstanla çox ciddi nəticələr doğuran çoxsaylı təmaslar baş tutmuşdu. Düzdür, türkdilli dövlətlərin təmasları, çox yüksək səviyyəli əlaqələri əvvəlki dövrdə də müşahidə olunub, lakin Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi Türk dünyası tarixində yeni bir səhifə açıb. Türkiyə və Mərkəzi Asiya arasında artıq qalib, qüdrətli Azərbaycanın, Azərbaycan rəhbərliyində isə İlham Əliyev kimi praqmatik və nüfuzlu liderin olması əsrlərdir sadəcə arzu olaraq qalan Türk Birliyi üçün yeni və real şansa çevrilib. Əlbəttə, qardaş Türkiyənin, habelə Mərkəzi Asiyadakı Türk liderlərin bu prosesdə qətiyyətli addımları və ifadə etdikləri mövqe xüsusi vurğulanmalıdır. Lakin etiraf edək ki, prosesdə hərəkətverici sima məhz Prezident İlham Əliyevdir.

Pandemiya dövründə Türk Dövlətləri Təşkilatının səylərinin birləşdirilməsi, Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə problemin köklü həlli, Türkiyə ilə Şuşa Bəyannaməsi başda olmaqla, demək olar ki, bütün Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin rəsmən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi artıq Türk dünyasını qlobal siyasi-iqtisadi təsirlər qarşısında vahid orqanizmə çevirmiş oldu. Rusiya-Ukrayna münaqişəsi ilə daha da dərinləşən Qərb-Rusiya münasibətləri fonunda Azərbaycanın mərkəz olduğu bu böyük Türk arealı Şərqlə Qərb arasında ən təhlükəsiz, səmərəli və etibarlı körpüyə və haba çevrildi. Eyni zamanda, mövcud şərait həm də bizim öz dövlətlərimiz qarşısında enerji ehtiyatları tədarükünün şaxələndirilməsi, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi baxımından yeni vəzifələr qoydu. Zamanında Prezident İlham Əliyevin bütün maneələrə baxmayaraq böyük uzaqgörənliklə reallaşdırdığı transmilli layihələrin də əsl əhəmiyyəti məhz bu çətin məqamlarda bir daha üzə çıxdı. Eyni zamanda, Azərbaycan artıq Mərkəzi Asiya üçün öz enerji potensialının Türkiyə və Qərbə realizəsində mühüm tərəfdaşdır, həmçinin qardaş dövlətlərimizin siyasi və iqtisadi müstəqilliyində de-fakto zəmanətçi kimi çıxış edir. Azərbaycan-Türkiyə-Türkmənistan arasında Birinci Zirvə Görüşünün Birgə Bəyanatının qəbul edilməsi, çoxşaxəli əməkdaşlıq spektorunu əhatələyən sənədlərin imzalanması bizim bu məsələdə qətiyyətimizi, prosesin isə artıq geriyə dönüşünün mümkün olmadığını göstərdi.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Ölkəmizin dəstəkləyənlərin sayı günü-gündən artır

Dekabrın 14-də Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının birgə zirvə toplantısında iştirak etmək üçün Türkmənistana səfər edib. Səfər çərçivəsində dövlət başçıları arasında ikitərəfli və üçtərəfli görüşlər keçirildi. Həmçinin Azərbaycan, Türkiyə və Türkmənistan arasında çox mühüm münasibətləri özündə əks etdirən ticari, iqtisadi, nəqliyyat əlaqələrinin gücləndirilməsini təmin edən, habelə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin əhəmiyyətini daha da artıran sənədlər imzalandı.

Səfər zamanı imzalanan sənədlər Azərbaycan, Türkiyə və Türkmənistan üzərindən keçməklə Çindən Avropaya və əks istiqamətdə daşınacaq yüklərin dövriyyəsinə ciddi şəkildə müsbət təsir göstərəcək. Onun sözlərinə görə, yeni sənədlərdən irəli gələn məsələlər hər üç dövlətin, xüsusilə də Azərbaycanın nəqliyyat qovşağı müstəvisində rolunu dəfələrlə artıracaq.“Nəzərə almaq lazımdır ki, hazırkı qlobal şəraitdə, yəni, Şimal və Cənub nəqliyyat axınlarında çox ciddi problemlərin və məhdudlaşmaların həyata keçirildiyi mərhələdə Orta Dəhlizə çox ciddi ehtiyac yaranıb. Bu tarixi hadisəni uzaqgörənliklə qiymətləndirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və münasibətlərin qurulması istiqamətində apardığı uğurlu danışıqlar nəticə etibarilə Azərbaycanın türk dövlətləri birliyinin formalaşmasında və Orta Dəhlizin qurulmasında çox mühüm rola malik dövlət mövqeyinə yüksəlməyinə səbəb olub”, – deyə Anar Əliyev qeyd edib.

Bu gün Türkiyənin Asiya dövlətləri ilə iqtisadi əlaqələrinin qurulmasında Azərbaycan aparıcı rola sahibdir. Dövlətimiz 44 günlük Vətən müharibəsindəki Qələbəsi ilə Orta Dəhlizə yeni güc qatır, Zəngəzur dəhlizinin reallaşması perspektivini ortaya qoyur. Xüsusi qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması ilə yüklərin Orta Dəhliz vasitəsilə Azərbaycan üzərindən Avropaya və əksinə daşınması daha da sürətlənəcək. Eyni zamanda, Xəzər dənizi korbohidrogen ehtiyatlarının, xüsusilə də Türkmənistanın alternativ enerji ehtiyatlarının daha böyük bazara çıxarılması imkanları artacaq. Nəticədə, Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çıxarılması asanlaşacaq. Azərbaycan bu istiqamətdə baş obraz kimi çıxış edir. Bu, dövlətimizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi daha da güclənməsinə və siyasi arenadakı dəstəkçilərinin sayının günü-gündən artmasına səbəb olacaq.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

Türk dövlətləri arasında olan etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər bu gün əlaqələrin bütün istiqamətlərdə rəvan inkişaf etdirilməsinə imkan verir

Türk dövlətləri arasında xüsusilə son illərdə möhkəmlənən əlaqələrin həm siyasi, həm də iqtisadi baxımdan sürətlə inkişaf etməkdə olduğunu vurğulayan deputat Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfərinin əhəmiyyətini qeyd edibdir. Son illər ərzində Azərbaycan türk dövlətləri ilə bir sıra vacib sənədlərə imza atıb. Bu sənədlər əlaqələrin yeni inkişaf mərhələsi üçün zəmin rolunu oynayıb. Azərbaycanın bu gün həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Ötən il Türkiyə ilə imzaladığımız Şuşa Bəyannaməsi və 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə ölkələrimiz arasında əlaqələri strateji müttəfiqlik səviyyəsinə çatdırıb. Azərbaycan, Türkiyə və Türkmənistan beynəlxalq təşkilatlarda hər zaman bir-birinə dəstək göstərir, əməkdaşlıq edirlər.

Ölkələr arasında iqtisadi əlaqələrə toxunan S.Mikayılova əlavə edib ki, Azərbaycan, Türkiyə və Türkmənistan arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlıq hər il genişlənir.

Prezident İlham Əliyev Türkiyə və türkmənistanlı həmkarları ilə geniş tərkibdə görüşü zamanı çıxışında ölkələrimiz arasında olan iqtisadi artım göstəricilərini vurğuladı. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. Ümumiyyətlə, Azərbaycanın Türkmənistanla ticarət dövriyyəsi 5 dəfə artıbdır.

Bu onu deməyə əsas verir ki, eyni kökdən və soydan olan qardaş ölkələr arasında bundan sonra da əlaqələr əhatəli şəkildə inkişaf edəcək. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra yaranmış yeni reallıqlar yeni inkişaf və əməkdaşlıq imkanlarını da ortaya çıxardı. Azərbaycanın yürütdüyü planlı siyasətin nəticəsidir ki, bu gün Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib.

Hazırda Zəngəzur dəhlizinin açılması istiqamətində də fəal iş aparılır. Prezident İlham Əliyev qeyd etdi ki, bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Artıq əminliklə demək olar ki, türk dövlətləri arasında əlaqələr təkcə region üçün yox, qlobal müstəvidə də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan-Türkiyə-Türkmənistan rəhbərlərinin üçtərəfli formatda görüşü də yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün əhəmiyyətli olacaqdır.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

Azərbaycan Orta Asiyada siyasi və iqtisadi təşkilatlar daxilində də əməkdaşlığa üstünlük verir.

Dövlətimizin başçısının Türkmənistana səfəri bir neçə səbəbdən vacib əhəmiyyətə malikdir. Birincisi, Türkmənistan karbohidrogen ehtiyatlarının dünya bazarına Azərbaycan vasitəsilə çıxarılmasıdır. İkincisi, Türkmənistanın Türk Dövlətləri Təşkilatında (TDT) və bölgə üzrə yeni əməkdaşlıq platformasında iştirakını təmin etmək, üçüncüsü isə Ankara-Bakı-Aşqabad siyasi xəttini yaratmaq və yaxın gələcəkdə bu istiqamətdə məqsədli siyasi hədəflərə nail olmaqdır.

Azərbaycan bölgə üzrə təklif etdiyi 3+3 əməkdaşlıq platformasını uğurlu şəkildə Orta Asiyaya transformasiya edir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla bu istiqamətdə uğurlu nəticələr əldə olunub. Həmçinin siyasi və iqtisadi münasibətlər artıq Azərbaycanın xeyrinə dividendlər yaradır. Bundan əlavə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində Azərbaycanın mövqeyinin güclənməsini buna misal göstərmək olar.

Azərbaycan Orta Asiyada siyasi və iqtisadi təşkilatlar daxilində də əməkdaşlığa üstünlük verir. Məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) buna bariz nümunə ola bilər. Bununla yanaşı, ikitərəfli əlaqələrin də inkişaf etdirilməsi Azərbaycan üçün olduqca vacibdir. Zəngin neft və qaz yataqlarına sahib Türkmənistana Avropa bazarına çıxış üçün Azərbaycan kimi etibarlı tərəfdaş lazımdır. Bunu zəruri edən dil, din, mədəniyyət və ortaq siyasi iradə artıq formalaşıb. Növbəti addım yeni layihələrin icrası ola bilər.

Eyni zamanda, Türkiyə də Azərbaycan vasitəsilə Türkmənistanın TDT çərçivəsində aktivliyinin artırılmasında maraqlıdır. Bu səbəbdən də Azərbaycanın iqtisadi partnyor kimi bölgədəki rolu Türkmənistanla uyğun siyasi dialoqun qurulmasında vacib rol oynaya bilər. Son zamanlar isə Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerjiyə olan tələbatının daha da artması Azərbaycanla Türkmənistan arasında iqtisadi münasibətlərin daha inkişaf etmiş mərhələyə keçməsini zəruri edir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Bakı, Ankara və Aşqabad arasında əməkdaşlıq münasibətlərində yeni mərhələ

Dekabrın 14-də Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının Türkmənbaşı şəhərində birgə görüşünün keçirilməsi və bir sıra vacib sahələrlə bağlı sazişlərin imzalanması üç ölkə arasında münasibətləri dərinləşdirməyə xidmət etməklə yanaşı, regional sabitliyə, rifaha xidmət göstərir. Qeyd edək ki, bu gün baş tutan görüşdə üç ölkə arasında iqtisadi-ticari, gömrük, energetika, nəqliyyat, elm, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsini hədəfləyən sənədlər imzalanıb.

İmzalanan sənədlərdən də göründüyü kimi, Bakı, Ankara və Aşqabad arasında əməkdaşlıq münasibətləri yeni mərhələyə daxil olur və yeni razılaşmalar əlaqələrin daha da inkişaf etdirilməsi baxımından ciddi zəmin hazırlayır. Üç ölkənin birgə tərəfdaşlığı çox da uzaq olmayan perspektivdə “Transxəzər” qaz kəməri kimi böyük geoiqtisadi, geosiyasi lahiyələrin reallaşması imkanlarını da artırır.

Bir vacib məqamı da qeyd edə bilərik ki, Azərbaycan xarici siyasətində regional kontekstdə üçtərəfli formatda əməkdaşlıq mexanizmlərinə geniş yer verir. Misal olaraq Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran və sair platformaları qeyd edə bilərik.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc