Azərbaycan TANAP-a nə qədər vəsait sərf edir?

0
653

Transanadolu qaz kəməri (TANAP) tikintisi layihəsi çərçivəsində “Cənub qaz dəhlizi” QSC-nin xərcləri 6 milyard dollardan artıq olacaq.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətindən yüksək vəzifəli mənbə məlumat verib.

Mənbə bildirib: “Cəmiyyətin xərcləri 2020-ci ilə qədər 6,2 milyard dollar təşkil edəcək”.

TANAP və TAP NATO sammitində müzakirə ediləcək

Mənbənin sözlərinə görə, TANAP qaz kəmərinin tikintisi gedişində artıq planlaşdırılan investisiyalardan təxminən 2 milyarddan çoxu xərclənib: “Hazırda layihə üzrə işlər tam qrafikə uyğun davam edir”.

TANAP layihəsi Azərbaycanın Şah Dəniz qaz yatağından qazın Gürcüstan ərazisindən keçərək Türkiyənin qərb sərhədlərinə qədər tədarükünü nəzərdə tutur. Qazın Türkiyəyə 2018-ci ildə çatacağı nəzərdə tutulub, Transadriatik qaz kəmərinin (TAP) tikintisindən sonra isə qaz təxminən 2020-ci ilin əvvəllərində Avropaya çatacaq.

TANAP-ın səhmdarlarının tərkibi belədir: SOCAR – 58 faiz, Botas – 30 fazi, BP – 12 faiz.

BIR CAVAB BURAXIN