“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi” mövzusunda respublika elmi konfransı keçiriləcək

0
618

Mayın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi” mövzusunda gənc tədqiqatçıların respublika elmi konfransını keçirəcək.

Tarix İnstitutundan Arazinfo-ya verilən məlumata görə, elmi konfrans Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiklərinə həsr olunub.

Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcək:

  • XX əsrdə türk-müsəlman xalqlarına qarşı deportasiya və soyqırımları
  • Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının xarici siyasəti: oxşar məqamlar
  • Şimali Azərbaycan və türk xalqları yaşayan digər ərazilərdə çarizmə qarşı azadlıq mübarizəsi
  • Azərbaycan SSR və digər müttəfiq respublikalarda sovet rejiminə qarşı azadlıq mübarizəsi. Mühacirət.
  • Heydər Əliyev Azərbaycan Respublikasının qurucusudur

Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq. Tezislər aprelin 15-dək Təşkilat Komitəsinə göndərilməlidir. Tezislərin həcmi 250-300 sözdən artıq olmamalı və elektron variant bu e-poçta göndərilməlidir: tarixgencler@gmail.com

Konfrans iştirakçılarının yaş həddi 35-dir.

Tezisin mətni Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1.5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Tezislərin adının üstündə sağda müəllifin adı və soyadı, altında isə çalışdığı müəssisənin, təşkilatın və şəhərin adı, elmi dərəcəsi, elmi adı və e-poçtu qeyd olunmalıdır.

Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar: AMEA-nın əsas binası, 6-cı mərtəbə, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Gənc Alim və Mütəxəssislər Şurası. Telefon: (+994 12) 539-36-15.

BIR CAVAB BURAXIN