Azərbaycan Qoşulmama Hərəkatında 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır

0
1585

Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il – 2023-cü ilədək uzadılmış sədrliyini başa çatdırır

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu gündə ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan Qoşulmama Hərəkatında 2019-cu ildə öz üzərinə götürdüyü və 120 dövlətin yekdil qərarı ilə daha bir il – 2023-cü ilədək uzadılmışdır. Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatını canlandırmış bu məqsədlə biz beynəlxalq tədbirlər və üç Zirvə toplantısı təşkil edilmişdir. COVID-19-a dair BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkilinin təşəbbüskarı olan ölkə başçısı cənab İlham Əliyev fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail oldu ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Zirvə toplantılarından birini pandemiya ilə mübarizəyə həsr edildi. Azərbaycan pandemiyanın ilk aylarında peyvənd millətçiliyinə və peyvəndlərin qeyri-bərabər paylanılmasına etiraz səsimizi ucaltdı. Azərbaycan COVID-19-dan sonrakı dövr məsələsinə diqqət yönəldərək. Qoşulmama Hərəkatına üzv olan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım etdi. Bundan başqa  koronavirusla mübarizəni dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində birbaşa ianə edildi. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafını təmin etməyə çalışdı və bu məqsədlə Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə Parlament Şəbəkəsi yaradıldı.Ölkə başçısı cənab İlham Əliyevin daim xarici siyasətində sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığı prinsiplərini Qoşulmama Hərəkatının təməl prinsiplərinin olmasının təmin edilməsində mühüm rol oynamışdır.

Zərdab Rayon Gənclər və İdman idarəsinin Rəis müavini –  Əvəz Soltanov