Azərbaycan qalib gəldi, Türkiyə aşağı liqaya düşdü

0
570

Futbol üzrə Millətlər Liqasının 5-ci turunun növbəti oyunları keçirilib.

Arazinfo.com-un verdiyi xəbərə görə, Azərbaycan öz meydançasında Farer adaları yığmasına  2:0 hesabı ilə qalib gəlib. Topları rəqib qapısından oyunun 18-cü dəqiqəsində Dmitri Nazarov, 28-ci dəqəiqəsində isə Mahir Mədətov keçirib. Kosovo yığması isə səfərdə Maltanı 5:0 hesabı ilə darmadağın edib. Azərbaycan yığması növbəti mərhələyə yüksəlmək üçün səfər oyununda ondan iki xal çox yığan Kosovo yığmasına hökmən qalib gəlməlidir. Bu isə heç də inandırıcı görünmür. Türkiyə yığması isə öz meydanında İsveçə 0:1 hesabı ilə məğlub olaraq daha aşağı səviyyəli G liqasına yuvarlanıb. Turun digər oyunlarının nəticələri belədir:

17 noyabr 2018
Millətlər Liqası
5-ci tur

“A” Liqası, 3-cü qrup

İtaliya – Portuqaliya – 0:0

1. Portuqaliya – 7
2. İtaliya – 5
3. Polşa – 1

“B” Liqası, 2-ci qrup

Türkiyə – İsveç – 0:1
QOL: Qranqvist, 70 (0:1)

1. Rusiya – 7
2. İsveç – 4
3. Türkiyə – 3

“C” Liqası, 1-ci qrup

Albaniya – Şotlandiya – 0:4
QOLLAR: 
Fraser, 14 (0:1); Fletçer, 45+2/p. (0:2); Forrest, 55 (0:3); Forrest, 67 (0:4)

1. İsrail – 6
2. Şotlandiya – 6
3. Albaniya – 3

“C” Liqası, 4-cü qrup

Serbiya – Monteneqro – 2:1
QOLLAR:
 Lyayiç, 30 (1:0); Mitroviç, 32 (2:0); Muqoşa, 70 (2:1)

Rumıniya – Litva – 3:0
QOLLAR: 
Puşkaş, 7 (1:0); Keseru, 47 (2:0); Stançiu, 65 (3:0)

1. Serbiya – 11
2. Rumıniya – 9
3. Monteneqro – 7
4. Litva – 0

“D” Liqası, 3-cü qrup

Azərbaycan – Farer adaları – 2:0
QOLLAR: 
Dmitri Nazarov, 18 (1:0); Mahir Mədətov, 28 (2:0)

Malta – Kosovo – 0:5
QOLLAR: 
Muriqi, 15 (0:1); Kololli, 70 (0:2); Avdiyay, 78 (0:3); Avdiyay, 80 (0:4); Raşika, 86 (0:5)

1. Kosovo – 11
2. Azərbaycan – 9
3. Farer adaları – 4
4. Malta – 2

 

BIR CAVAB BURAXIN