“Azərbaycan neft hasilatını dondurmağa razıdır”- Rovnaq Abdullayev

0
559

Azərbaycan 27-28 sentyabrda Əlcəzairdə neft hasil edən ölkələrin qeyri-formal görüşündə müvafiq qərar qəbul ediləcəyi təqdirdə neft çıxarılmasını müəyyən səviyyədə dondurmağa razıdır.Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki, bunu SOCAR prezidenti Rovnaq Abdullayev deyib.

“Neft çıxarılmasının müəyyən səviyyədə dondurulması barədə öz mövqeyimizi biz hələ OPEK ölkələrinin və kartelə daxil olmayan ölkələrin aprel iclasına qədər ifadə etmiş və buna razı olduğumuzu bildirmişdik. OPEK ölkələrinin Əlcəzairdə keçiriləcək qeyri-formal görüşündə Azərbaycanı energetika naziri Natiq Əliyev təmsil edəcək”, – deyə R.Abdullaev bildirib.

Bununla birlikdə o qeyd edib ki, dünya bazarında neftin qiymətini OPEK-dən daha çox şist nefti ilə məşğul olan Amerika neft şirkətləri və Amerika bankları müəyyən edir.

Xatırladaq ki, OPEK-in və Rusiya da daxil olmaqla neft çıxaran digər ölkələrin hasilatın məhdudlaşdırılması ilə bağlı əvvəlki cəhdləri uğursuz olub. Aprel ayında keçirilən Doha danışıqlarının gedişatında Səudiyyə Ərəbistanı təkid edirdi ki, OPEK-in qalan üzvləri ilə yanaşı İran da hasilatı dondursun, ancaq Tehran bundan imtina etdi, çünki beynəlxalq sanksiyaların ləğvindən sonra neft ixracının həcmlərini təzəcə bərpa etməyə başlamışdı…

BIR CAVAB BURAXIN