Azərbaycan bankından qeyri-adi elan: İdmançı görkəmli işçilər nə iş görəcəklər?

0
696

Azərbaycan banklarından birinə məxsus kollektor şirkəti idmançı görünüşlü işçi axtarışındadır. Bank borclarını toplayacaq şirkətin belə bir elan verməsi isə birmənalı qarşılanmayıb. Əslində bu elanın məqsədi nədir və kollektor şirkəti vətəndaşa zor tətbiq edə bilərmi? “Xəzər Xəbər” bu məsələni araşdırıb.

İdmançı görünüşlü işçi axtarılır. Azərbaycanda banklardan birinə məxsus olan kollektor şirkətlərindən birinin belə elan verməsi sosial mediada birmənalı qarşılanmayıb.

Bir çoxları belə hesab edir ki, belə işçilərin işə qəbulu bunu göstərir ki, müştərilərə hansısa şəkildə təzyiq göstəriləcək. Ancaq mütəxəssislər bildirir ki, burda narahat olacaq ciddi səbəb yoxdur. Çünki idmançı görünüşlü şəsxlərin işə qəbul xarici ölkələrin də kollektor şirkətlərində mövcuddur.

Hüquqşünas Anar Ramazanov bildirir ki, qanunla kollektor şirkətlərinin belə bir elan verməsi hüquqi müstəvidə qadağan deyil. Onun fikrincə belə şəxslərin işə qəbul onların çoxsaylı adreslərə gün ərzində müraciət etməli olması ilə bağlıdır…

Ekspertin sözlərinə görə, istənilən kollektor şirkətinin vətəndaşa fiziki güc tətbiq etməsinin qadağan olunduğuna diqqət çəkir.

Məsələnin psixoloji tərəfinə gəldikdə isə psixoloqlar bu məsələdə kollektor şirkətlərinin çox ehtiyyatlı davranmalı olduqlarına diqqət çəkirlər. Çünki, ödəniş qabiliyyətini itirən şəxsin evinə və ya qohumlarının evlərinə hər gün kollektor şirkəti nümayəndəsinin gəlməsi bədbəxt hadisələrlə nəticələnə bilər.

Ekspertlər tövsiyyə edir ki, banklar ödəniş qabiliyyəti olmayan şəxslərdən pulu müxtəlif psixoloji təzyiq vasitəsi ilə deyil məhz məhkəmə yolu ilə almağa üstünlük verməlidirlər.

BIR CAVAB BURAXIN