Aprelin 2-də Fəlsəfə İnstitutunda növbəti ümuminstitut elmi seminarı keçirilib. Seminarda AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Azərbaycan”, “Azərbaycançılıq”, “Azərbaycan Cümhuriyyəti” ideyalarının milli-fəlsəfi dərki” mövzusunda çıxış etmişdir. F.Ələkbərli məruzəsində “Azərbaycan”, “Azərbaycançılıq”, “Azərbaycan türkçülüyü”, “Azərbaycan Cümhuriyyəti” ideyalarının Azərbaycan xalqının varlığında oynadığı mühüm tarixi-siyasi və mənəvi-fəlsəfi əlaqələri ortaya qoymağın vacibliyini önə çəkib. F.Ələkbərlinin fikrincə bu gün “Azərbaycan” ideyasıyla bağlı olan bütün anlayışların (Azərbaycan tarixi, Azərbaycan Yurdu və b.) zahiri dərkindən deyil, elmi-fəlsəfi mahiyyətindən çıxış edilməlidir: “Bu anlamda ilk növbədə, “Azərbaycan” anlayışının tarixən Türklüklə, Vətənlə, Dövlətçiliklə bağlı olması elmi şəkildə tarixi-fəlsəfi anlamda təhlil olunmalı, “Azərbaycan və Türklük”, “Azərbaycan və Vətən”, “Azərbaycan və Dövlətçilik” bunun məntiqi nəticəsi olaraq da “Azərbaycan türkçülüyü”, “Azərbaycan Yurdu”, “Azərbaycan dövlətçiliyi”, “Azərbaycançılıq” ideyalarının ən mühüm prinsipləri elmi düşüncələr əsasında ortaya qoyulmalıdır.
“Azərbaycan Türkçülüyü”nün, “Azərbaycan Yurdu”nun təbii nəticəsi olan Azərbaycan Cümhuriyyətinin necə meydana çıxması, eyni zamanda, yeni dövlətə məhz “Azərbaycan” adının verilməsinin səbəbləri və elmi əsaslarla izah olunmasına ciddi ehtiyac vardır.
Sonda mövzu ətrafında İnstitutut əməkdaşlarının və qonaqların qarşılıqlı müzakirələri ilə seminar öz işini yekunlaşdırıb.
Ev Türk Dünyası “Azərbaycan”, “Azərbaycançılıq”, “Azərbaycan Cümhuriyyəti” ideyalarının milli-fəlsəfi dərki” mövzusunda seminar keçirilib