Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Bakıda görüşəcək

0
641

Dekabrın 20-də Bakıda  Azərbaycan – İran – Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.
Moderator.az XİN-ə istinadən məlumat verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlunun iştirakı ilə Azərbaycan – İran – Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçiriləcək.
 Görüşdən sonra nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.

BIR CAVAB BURAXIN