Aysel Əlizadənin özünü və qızını öldürmək istəməsinin SƏBƏBİ BİLİNDİ

0
854

Aysel Əlizadənin özünü və qızını öldürmək istəməsinin SƏBƏBİ BİLİNDİ

Tanınmış yazıçı-şair Aysel Əlizadənin bu gün səhər saatlarında yazdığı intihar haqqında statusu sosial şəbəkələrdə əsas müzakirə mövzularından biri olub.

Publika.az məsələ ilə bağlı yazıçı ilə əlaqə saxlayıb, ona dəstək olmağa çalışıb. Ölümün bir addımlığında olan yazıçı dərin depressiyada olduğunu bildirib.

A.Əlizadə statusdan sonra ona çoxlu zənglər gəldiyini, dostlarından dəstək mesajlarını aldığını da qeyd edib: “Həyatımın çətin günlərini keçrirəm. Psixoloji problemlərim var. Məni intihara sövq edən digər səbəbləri ictimaiyyətə açıqlamaq istəmirəm. Sadəcə məsləhətə ehtiyacım var”.

Əldə etdiyimiz məlumata görə, yazıçını həyatdan küsdürən əsas səbəb həyat yoldaşı, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılının maddi durumu ilə bağlıdır. Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyinin rəhbəri Ramin Hacılı bir neçə həftə əvvəl “Ümid” Partiyası sıralarından ayrıldığını bəyan edib. O, 2014-cü ildən siyasi fəaliyyətini “Ümid” partiyası və “125-lər Siyasi Klubu”nda davam etdirib. İstefa səbəbini isə partiyada aktiv ola bilməməsi ilə əlaqələndirib.

Xatırladaq ki, A.Əlizadə statusunda bunları yazıb:

“Beynim darmadağındı. Neçə vaxtdı ölümün bir addımlığındayam, özümü qızımın xətrinə saxlayıram. Psixoloji məqamlar çoxdu. Son günlər isə düşünürəm: bəlkə ikimizi də öldürüm? Bu qədər qəddar ruh halındayam. Bunu ona görə yazıram ki, bir vaxt sizə “intihar həddində insanlardan kömək istəyin” demişdim. Mən verdiyi məsləhətlərə özü əməl edən adamam. Nəsə deyin, hansısa sözlə kömək edin. Sakitləşə bilmirəm…”

Məlumat üçün bildirək ki, yazıçının qızı İzel birinci sinfi bu il bitirib. Onun atası, Ayselin ilk əri yazar Aqşin Yeniseydir.

Aytən

BIR CAVAB BURAXIN