Ayrikyan: “Sarkisyan və komandası gədalardır”

0
568

 

Ermənistanın müstəqilliyi uğrunda SSRİ dövründən mübarizə aparan və buna görə dəfələrlə həbsdə yatan, həmçinin Sumqayıt hadisələrinin SSRİ Dövlət Təhlükəsizliyi orqanları tərəfindən həyata keçirildiyini söyləyən yazıçı Paruyr Ayrikyan Sarkisyan və onun komandasını sərt şəkildə tənqiq edib. “Yeniavaz.com”un 1in.am-a istinadən verdiyi məlumata görə, Ayrikyan ölkədə ordu ilə bağlı həyata keçirilən “Ordu-xalq” konsepsiyasının reallıqla əlaqəsi olmadığını söyləyib: “Axı bu gədalar kimdirlər ki, xalqın adından danışsınlar. Serj Sarkisyanın millət, ordu adından danışmağa ümumiyyətlə haqqı çatmır. Marionetka Serj Sarkisyan və Viqen Sarkisyan millət və ordu haqqında ümumiyyətlə anlayışı varmı? Millətin vahid əlamətləri olmalıdır. Biz dünyada yazılı qayda-qanunları olmayan yeganə xalqıq. Əgər millət haqqında fikirləşirsinizsə əvvəlcə bu barədə düşünmənız lazımdır”.

Ayrikyan qeyd edib ki, “Ordu-xalq” konsepsiyası əslində cinayətkarlıq yuvasına çevrilə bilər: “Kim zəmanət verə bilər ki, sabah müharibə başlasa bu konsepsiya əsasında əldə silah dərhal hərbi hissələrə gələcəklər”

Ayrikyan bu məsələni gündəmə gətirənlərin İsrail və İsveçrədə tətbiq edilən təcrübədən xəbərlərinin və təsəvvürlərinin ümumiyyətlə olmadığını söyləyib: “Hansısa əclaf əclaflığını ört-basdır etmək üçün bunu sizin üçün edirəm deyir. Əclaflığın sonuncu dayancağı isə yalançı “vətənpərvərlikdir”.

BIR CAVAB BURAXIN