İsveçdə maral ovuna çıxan ovçu təsadüfən qarşılaşdığı ayıdan fit çalaraq xilas olub.
Andreas Sanglof adlı ovçu mobil telefonu vasitəsilə vəhşi heyvanın hücumunu çəkə bilib.
Dostları ilə birlikdə maral ovuna çıxan Andreas Sanglof meşədəki böyürtkən kollarının arasından bir qaraltı görüb. Əvvəlcə ova qatılan itlərdən biri olduğunu düşünən ovçu, daha sonra yuvarlanan qaraltının ayı olduğunun fərqinə varıb:
“İlk gördüyümdə gözlərimə inana bilmədim. Dərhal mobil telefonumu çıxarıb çəkmək istədim. Qəflətən mənə doğru qaçmağa başladı. 5-6 metrlik məsafəyə çatanda fit çaldım. Bir az durduqdan sonra əks istiqamətdə qaçaraq uzaqlaşdı”.
İsveçli ovçu, bildirib ki, hər kəs onu axmaq və soyuqqanlı adlandırır:
“Bəlkə başqasını bu vəziyyətdə görsəydim qorxardım, amma özüm çox sakit idim. Mən möhtəşəm bir təbiət möcüzəsi yaşadığmı düşünürəm”.
Publika.az