
Tanınmış müğənni, Azərbaycanın xalq artisti Aygün Kazımova növbəti dəfə əməliyyat olunub. Paytaxtın tanınmış Mediluks özəl klinikasında əməliyyat etdirən müğənninin durumu hazırda normaldır. Klinikadan Mediainfo.az-a verilən məlumata görə A.Kazımova artıq palataya köçürülüb.
Xalq artistinin daha bir neçə gün xəstəxanada həkim nəzarəti altında qalacağı və bundan sonra evə buraxılacağı gözlənilir