Minik avtomobili hərəkətsiz dayanan yerdə radara düşüb. Qeyri-adi hadisə Şamaxıda baş verib.
Xəzər xəbər bildirir ki, rayon sakini Ağasalam Nəhmətov 3 gün öncə idarə etdiyi avtomobili dayanacaqda saxlayaraq evə gedib. Elə həmin vaxt da maşın radara düşüb. Ağasalam Nəhmətov hansı səbəbdən cərimələndiyini öyrənmək məqsədi ilə polisə müraciət edib. Ona bildirilib ki, sürət həddini aşdığı üçün radara düşüb. İşin qəribə tərəfi odur ki, minik avtomobili həmin vaxt hərəkətsiz olub. Bu, protokoldakı şəkildən də açıq-aydın görünür. Şəkil çəkilən vaxt avtomobilin yanında olan adam da kadra düşüb.
Ekspertlər bildirirlər ki, Ağasalam Nəhmətov məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə bilər. Bu halda fakt araşdırılacaq və həqiqətən də sürücü haqlıdırsa, protokol ləğv ediləcək.