Avtobusları idarə edən sürücülərin 461-i həbsdə yatıb

0
556

“Avtobus xətlərində həm sürücülər, həm də nəzarətçilərə nəzarət gücləndirilməlidir. Bəlkə də 175 saylı avtobusda sürücü sükanı öz qardaşına verməsəydi, o qəza olmazdı. Burada da daşıyıcı məsuliyyətsizliyi var”.

Arazinfo.com-un “APA-Economics”-ə istinadən verdiyi xəbərə görə bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov marşrut daşıyıcıları ilə görüş zamanı bildirib.

M.Abbasovun sözlərinə görə, BNA daşıyıcılarla aparılan birgə iş nəticəsində 3008 sürücü ilə bağlı araşdırma aparılması üçün DİN, Səhiyyə Nazirliyi və digər qurumlara sorğu ünvanlayıb.

“Artıq Daxili İşlər Nazirliyindən cavablar gəlib. Göndərilən arayışlar nəticəsində 461 sürücünün məhkumluğunun olduğu müəyyənləşib”, – deyə M. Abbasov vurğulayıb.

BIR CAVAB BURAXIN