Onlarla şəxsiyyyət vəsiqəsi və xarici pasport, mobil telefonlar, bank kartları, xeyli pul və digər əşyalar…
Bunlar “Baku Bus” MMC-nin itən əşyalar üçün nəzərdə tutulmuş otağında saxlanılır. Bir neçə ay ərzində sərnişinlər tərəfindən avtobuslarda xeyli əşyalar unudulub. Onlar arasında ən çox vacib sənədlər üstünlük təşkil edir.
Əşyalar gətirildikdən sonra onlar qurumun “Facebook” səhifəsində paylaşılır. Bundan əlavə, xüsusi nömrə ilə işarələnir
İtən əşyalarla bağlı xüsusi proqram da yaradılıb. Əşya ilə bağlı məlumatlar oraya əlavə edilir. Bundan əlavə, kimsə hansısa əşyasına görə müraciət edirsə, o zaman həmin müraciət də qeydiyyata götürülür və bazadan axtarış verilir. Müraciət uyğun gələrsə, o zaman həmin şəxs dəvət edilərək əşya ona təqdim edilir. (“Xəzər TV”)