Avstriyada yaşayan 18 min 500 nəfər Türkiyə mənşəli immiqrant bu ölkədən deportasiya olunmaq riski ilə üzləşib.
Hökumət koalisiyasına daxil olan aşırı sağçı Azadlıq Partiyası (FPÖ) onlardan “Türkiyə vətəndaşı olmadıqlarını” sübut etməsini istəyir, BBC xəbər verir.
Hollandiyada çıxan Trouw qəzetinə görə, Türkiyə vətəndaşı olmadığını isbat edə bilməyənlər bu ölkədə Avstriya pasportundan və bütün vətəndaş hüquqlarından məhrum olunacaqlar.
Avstriayada ikili vətəndaşlıq qadağan olunub.
FPÖ-nun təşəbbüsü ilə keçirilən araşdırmaya görə, Avstriyada bu ölkənin pasportuna sahib olan 18 min 500-ə yaxın Türkiyə mənşəli vətəndaş var.
Deportasiya təhlükəsi
Avstriya rəsmilərinin bildirdiyinə görə, həmin insanların ikili vətəndaşlığa malik olduqları ehtimal edilir.
Köçkünlər bürosunun məlumatına əsasən, Türkiyə mənşəli immiqrantlardan 30 nəfərin ikili vətəndaşlığı var.
Avstriyanın sağçı höküməti hazırda Avstriya pasportuna sahib olan təxminən 10 min insanın “Türkiyə vətəndaşı olmadıqlarını” sübüt etmələrini istəyir.
Bunu rəsmən sübut edə bilməyənlər Avstriya vətəndaşlığını itirəcək və deportasiya riski ilə üzləşəcəklər.