Avropada təbii fəlakət: bəzi şəhərlər su altında qaldı

0
708

Fransada son bir neçə gün davam edən leysan yağışlar bir çox rayonlarda yaşayış mənqətələrini su altında qoyub. Daşqınlar Parisdən də yan keçməyib.

Anspress bildirir ki, Sena çayında suyun səviyyəsinin 4 metri ötdüyü bildirilir. Çayın paytaxtdan keçən hissəsində səyahət gəmilərinin hərəkəti dayandırılıb. Yağıntı səngisə də, Senanın qollarında su məcrasından çıxıb. Parisin Luara departamentində vəziyyət bir qədər yüngülləşib. Bir çox küçələr, geniş əkin sahələri hələ də daşqın suları altında qalıb. Yüzlərlə avtomobil yollarda istifadəsiz şəkildə qalıb.

Bəzi ərazilərdə suyun səviyyəsi maşının damına qədər qalxıb. Bir çox sürücülər və sərnişinlər xüsusi texnikanın köməyi ilə evakuasiya olunub. Xilasedicilər az qala fasiləsiz şəkildə axtarış-xilasetmə əməliyyatlarını həyata keçirir.

Sinoptiklər bu gün Fransanın cənub və mərkəzi bölgəsində yağış yağacağını bildirsə də, şənbə günü axşama vəziyyətin normallaşacağı gözlənilir.

Almaniyanın Bavariya ərazisində də qasırğa və leysan yağışlarından bəzi yaşayış məntəqələri daşqın suları altında qalıb. Avstriya sərhədi yaxınlığında yerləşən Triftern qəsəbəsində bir çox evləri və yolları su basıb. Xilasedicilər ətrafdan təcrid olmuş bir çox sakinləri helikopterlə təxliyə edib. Yüksəklikdə yerləşən qəsəbə məktəbinə aparan yollar daşqın suları altında qaldığından 250-yə yaxın şagird məktəbin idman zalında gecələməli olub. Daşqın qurbanlarını xilas etmək üçün yüzlərlə texnika cəlb olunub.

BIR CAVAB BURAXIN