Litvada və İspaniyada həyata keçirilmiş beynəlxalq əməliyyat çərçivəsində terrorçuluqda və silah qaçaqmalçılığında ittiham edilən azərbaycanlılar saxlanılıb. Bu barədə Vilnüs polisi nümayəndələrinin mətbuat konfransından sonra məlum olub.
Qeyd olunur ki, Litvanın 20-dən çox vətəndaşı terrorçuluqla əlaqədə və silah qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar.
“Polis dövriyyədə olan və bir qismi qaçaqmalçılıq yolu ilə İspaniyaya keçirilmiş 50 vahid atıcı silah aşkarlayıb”, – bu barədə Vilnüs polisinin baş komissarının müavini Evaldas Şileris deyib. Onun sözlərinə görə, aşkar edilmiş silahlar arasında Makarov tapançası, Kalaşnikov avtomatı və snayper tüfəngləri var.
Polisin məlumatına görə, Litva və İspaniya ərazisində saxlanılan 52 nəfər ümumilikdə 12 ölkənin vətəndaşlarıdır. Bu ölkələr arasında Boliviya, Kolumbiya, Panama, Azərbaycan, Rusiya, Ukrayna, İrlandiya vı Bpyük Britaniya var.
Virtualaz.org