Avropada müsəlmanlara şok təhdid: İbadət zamanı öldürün!

0
414

İsveçdə bəzi təşkilatların sosial şəbəkələrdəki qapalı qruplarda müsəlmanlarla bağlı təhdid xarakterli yazışmaları üzə çıxıb.

Axar.az xəbər verir ki, sözügedən yazışmaları İsveçin “Ekspo” jurnalı yayımlayıb.

44 min üzvü olan 11 qapalı sosial şəbəkə qrupunda radikal sağçı İsveç Demorkratik Partiyasında fəaliyyət göstərən bir çox siyasətçinin də paylaşım etdiyi bəlli olub.

Jurnal irqçilərin sözügedən qruplarda daha çox müsəlmanları, o cümlədən afrikalı və isveçli solçu siyasətçiləri hədəf alan təhdid və nifrət dolu paylaşımlar etdiklərini yazıb.

Məlumatda ən çox yazılan şərhlərin ölkədəki bütün müsəlmanların öldürülməsi, məscidlərin dağıdılması, məscidlərdə ibadət edən müsəlmanların ov tüfəngi ilə öldürülməsi ilə bağlı olduğu bildirilib.

İsveçin Baş naziri və Sosial-Demokrat Partiyasının sədri Stefan Löfven sözügedən paylaşımları qınayıb.