Avropada dəhşətli soyuqlar, Şimal Qütbündə isə istidir

0
1016
Şərq Canavarı” soyuq hava kütləsinin Avropanı öz təsiri altına aldığı bir dövrdə Şimal Qütbündə temperatur kəskin yüksəlib.
 
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın paytaxtı Romada 6 il sonra qar yağıb. İngiltərədə son 27 ilin ən soyuq qışı müşahidə edilir. Polşada noyabrdan bəri 53 nəfər soyuqdan donaraq ölüb. Bu həftə ərzində Avropada azı 7 nəfər soyuq səbəbilə həyatını itirib.
Şimal Qütbündə isə temperatur -30 dərəcədən -5 dərəcəyə yüksəlib. Qrenlandiyada isə istilik son iki gündə sıfır dərəcədən yuxarı qalxıb.
Alimlər bildirir ki, bu vəziyyət 2016-cı ildə də müşahidə edilib. Berinq dənizindəki buz kütlələri əriyərək ən aşağı səviyyəyə çatıb.

BIR CAVAB BURAXIN