Avropa şəhərlərində “Erdoğan mitinqlərinə” qadağanlar genişlənir

0
670

Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlunun martın 11-də, şənbə günü yerli türklərin Hollandiyanın Rotterdam şəhərində keçiriləcək mitinqində çıxışına icazə verilməyib.

Reuters yazır ki, beləliklə Rotterdam Avropa boyunca “Erdoğana dəstək mitinqlərini” qadağan edən şəhərlərin uzun siyahısına daxil olub.

Rotterdan meri Ahmed Abutaleb deyib ki, nazirin diplomatik toxunulmazlığı var və “biz ona hörmət edirik, lakin istəmədiyimiz tədbirləri qadağan etmək üçün başqa mexanizmlərimiz də var”.

Bundan əvvəl Hollandiyanın millətçi partiya lideri Geert Wilders Çavuşoğlunun ölkəyə gəlişinə ümumiyyətlə qadağan qoyulmasına çağırmışdı.

Geert Wilders Amsterdamdakı Türkiyə səfirliyi qarşısında keçirdiyi piketdə demişdi: “Bizi rahat buraxsınlar, lobbiçiliklərini öz ölkələrində etsinlər”.

Xəbərdə deyilir ki, Türkiyənin martın 11-də Avstriyada keçirilməli olan 4, İsveçrədə isə 1 siyasi toplantısı qadağan olunub.

Reuters yazır ki, aprel ayında Türkiyədə keçiriləcək referendumda Erdoğan partiyasının dəstəklənməsi üçün Avropada aparılan təbliğat kampaniyası Qərb ölkələrini daha ciddi şəkildə narahat etməyə başlayıb.

Türkiyə və Avropa İttifaqı arasındakı münasibətlər son aylarda, prezident Erdoğanın Qərb liderlərini kəskin tənqid etməsi və öz ölkəsində opponentlərinə qarşı apardığı repressiya kampaniyasına görə xeyli pisləşib.

“Erdoğana dəstək mitinqləri” ilə əlaqədar narahatlıq Erdoğanın Almaniyanı nasistlərlə müqayisə etməsindən sonra daha da artıb.

Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlunun Rorretdam şəhərində etməli olduğu çıxış qadağan edilib

Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlunun Rorretdam şəhərində etməli olduğu çıxış qadağan edilib

Angela Merkel bu kimi şərhlərinə görə Türkiyə prezidentini kəskin tənqid edib, ölkənin xarici işlər naziri Sigmar Gabriel isə deyib ki, “keçilməsi qeyri-məqbul olan cızıqlar” mövcuddur.

Türkiyədə ötən iyulda baş tutmamış çevriliş cəhdindən sonra Erdoğan və onun hökuməti ölkədə sabitlik yaratdıqlarını deyirlər.

Lakin Erdoğanın tənqidçiləri bildirirlər ki, prezident çevriliş cəhdini bəhanə edərək siyasi rəqiblərinə divan tutur.

Türkiyədə aprelin 16-da keçiriləcək referendumda ölkənin siyasi sistemindəki dəyişik dəstəklənərsə. prezident Erdoğana demək olar limitsiz hakimiyyət veriləcək.

İsveçrə polisi martın 10-da Türkiyə siyasilərinin bu ölkədə planlaşdırılan çıxışlarını “əhəmiyyətli təhlükəsizlik riski” ilə bağlı qadağan edib.

Bununla belə, verilən xəbərlərə görə Çavuşoğlu bazar günü, martın 12-də Sürixdə keçirilməli mitinq üçün yer almağa cəhdlər göstərir.

Sürix şəhəri təhlükəszilik idarəsi İsveçrə hökumətini Çavuşoğlunun ölkədə hər hansı çıxışlarının ümumiyyətlə qadağan edilməsinə çağırmışdı.

Avstriyanın Hoerbranz şəhərində daha bir “türk tədbiri” təşkilatçılatrın “yalan məlumatı” ilə bağlı qadağan olunub.

Oradakı türk icmasının rəhbərləri söhbətin “kitab təqdimatından” getdiyini bildirmişdilər.

Avstriyanın Linz, Herzogenburq and Viener Neuştadt şəhərləri də Türkiyə mitinqlərini qadağan ediblər.

BIR CAVAB BURAXIN