UEFA Avropa Liqasında 1/8 finalın cavab oyunları keçirilib. Baş tutan qarşılaşmalardan sonra 1/4 finala yüksələn bütün komandaların adlarına aydınlıq gəlib.
8 oyundan 3-ü saat 22:00-da start götürüb ki, bu matçlarda “Beşiktaş” “Olimpiakos”u, “Krasnodar” “Selta”nı, “Genk” isə “Gent”i qəbul edib.
Yunanıstandan sərfəli nəticə ilə dönən İstanbul təmsilçisi möhtəşəm qələbə ilə 1/4 finala adlayıb. Hətta matçın gedişində 10 nəfərlə qalmaq da “Beşiktaş”a mane olmayıb.
“Selta” isə Rusiyada 2 cavabsız qola sevinib.
“Genk” – “Gent” cütlüyündə isə bərabərlik meydan sahiblərinin növbəti mərhələyə yüksəlməsinə mane ola bilməyib.
Saat 00:05-də start götürən oyunlarda isə azarkeşlər gərgin rəqabətə şahidlik ediblər. “Mançester Yunayted” doğma meydanda “Rostov”u tək qolla keçib.
“Ayaks” da qələbə qazananlardan olub – 2:0.
“Lion” “Roma”ya 1:2 hesabı ilə uduzsa da, doğma meydandakı qələbə fransızları üstün edib.
Almaniya derbisini isə “Şalke” qazanıb. Doğma meydanda 1:1 ilə razılaşan helzenkirhenlilər səfərdə əldəetdiyi 2:2-lik heç-heçə ilə 1/4 finala çıxıb.
UEFA Avropa Liqası
1/8 final, cavab görüşləri
16 mart
“Beşiktaş” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) – 4:1
Qollar: Abubakar, 10, Babel, 22, 75, Cenk, 84 – Elyunussi, 31
Baş hakim: Maykl Oliver (İngiltərə)
İstanbul, “Vodafone Arena”
İlk oyun – 1:1
“Krasnodar” (Rusiya) – “Selta” (İspaniya) – 0:2
Qollar: Mallo, 52, Aspas, 80
Baş hakim: Ruddi Buke (Fransa)
Krasnodar stadionu
İlk oyun – 1:2
“Genk” (Belçika) – “Gent” (Belçika) – 1:1
Qol: Kastanye, 20 – Verstraet, 84
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Genk, “Luminus Arena”
İlk oyun – 5:2
“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Şalke” (Almaniya) – 2:2
Qollar: Kristensen, 26, Dahud, 45+2 – Qoreçka, 54, Bantelab, 68
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Mönhenqladbax, “Borussia-Park”
İlk oyun – 1:1
“Anderlext” (Belçika) – APOEL (Kipr) – 1:0
Qol: Açemponq, 65
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Brüssel, “Konstant Vanden Stok”
İlk oyun – 1:0
“Ayaks” (Hollandiya) – “Kopenhagen” (Danimarka) – 2:0
Qollar: Traore, 23, Dolberq, 45+3
Baş hakim: İvan Krujlyak (Slovakiya)
“Amsterdam Arena”
İlk oyun – 1:2
“Roma” (İtaliya) – “Lion” (Fransa) – 2:1
Qollar: Strutman, 18, Tusart, 68 – Diaxabi, 16
Baş hakim: Viktor Kassai (Macarıstan)
Roma, “Olimpiko”
İlk oyun – 2:4
“Mançester Yunayted” (İngiltərə) – “Rostov” (Rusiya) – 1:0
Qol: Mata, 70
Baş hakim: Gediminas Majeyka (Litva)
Mançester, “Old Trafford”
İlk oyun – 1:1