Avropa İttifaqının nümayəndələrini aparan təyyarə qəzaya uğradı – Ölənlər var

0
652

Avropa İttifaqının məsul şəxslərini aparan təyyarənin Malta ərazisində qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də səhər saatlarında baş verib.

Məlumata görə, “Metroliner” tipli təyyarə Avropa İttifaqının Sərhəd Xidmətinin rəsmi nümayəndələrini Maltanın cənubunda yerləşən Luka şəhərindən Liviyanın Misratu bölgəsinə aparırmış. Təyyarə havaya qalxandan az sonra qəzaya uğrayıb və yerə düşüb. İlkin məlumata görə, təyyarədə 10 nəfər olub.
Qəza nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

BIR CAVAB BURAXIN